Azərbaycan Prezidenti İlham Əliyev Almaniya xarici işlər nazirinin müavini Gernot Erlerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Almaniya xarici işlər nazirinin müavini Gernot Erlerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Gernot Erler ölkəmizdə keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verdi, Milli Məclisdə, xüsusilə Azərbaycan-Almaniya dostluq qrupunun üzvləri ilə səmərəli müzakirələr apardıqlarını bildirdi. Səfəri müddətində Səngəçal terminalında da olduqlarını deyən qonaq bu tanışlığın onlarda böyük təəssürat doğurduğunu söylədi.

Azərbaycanla Almaniya arasında münasibətlərin genişlənməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev ikitərəfli əlaqələrin perspektivlərinin eləcə regionda gedən proseslərin müzakirə edilməsi baxımından bu səfərin yaxşı imkan yaratdığını vurğuladı.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.- 3 aprel.-S.2.