Azərbaycan Prezidenti İlham Əliyev OPEK-in Beynəlxalq İnkişaf üçün
Fondunun baş direktoru Süleyman əl-Herbişin başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aprelin 2-də Neft İxrac Edən Ölkələr Təşkilatının
(OPEK) Beynəlxalq İnkişaf
üçün Fondunun
baş direktoru Süleyman əl-Herbişin
başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir.
Süleyman əl-Herbiş Bakıda keçirdiyi görüşlərdən
danışdı. O, Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad etdiklərini bildirdi.
Prezident İlham Əliyev OPEK-in Beynəlxalq İnkişaf
üçün Fondu
ilə Azərbaycanın
müvafiq strukturları
arasında əlaqələrin
uğurla davam edəcəyinə əminliyini
söylədi.
AzərTAc
Azərbaycan.-2009.-3 aprel.-S.2.