Böyük Britaniya şirkətləri Azərbaycan məhsullarını dünya bazarına çıxarmaq niyyətindədir

 

Aprelin 2-də Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov Böyük Britaniyanın "OXFHAM" "UNİLEVER" şirkətlərinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür.

E.İbrahimov qonaqlara aqrar sahə ilə bağlı milli qanunvericilik barədə məlumat verərək bildirmişdir ki, parlament indiyədək bu istiqamətdə lazımi qanunvericilik bazasını yaratmış, 100-dən çox qanun qəbul olunmuşdur. Onların da əksəriyyəti məhz komissiya tərəfindən hazırlanmışdır. Bu yaxınlarda Milli Məclisdə qəbul olunmuş "Ekoloji təmiz kənd təsərrüfatı məhsulları haqqında" qanun bu sahənin daha da inkişafına xidmət edəcəkdir.

Komissiya sədri bildirmişdir ki, "Ərzaq təhlükəsizliyi" proqramına müvafiq olaraq qarşıdakı illərdə ölkəmizdə kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması, saxlanması ilə məşğul olan yeni müəssisələrin, bazaların sayının artırılması istiqamətində işlər aparılır. "OXFHAM" "UNİLEVER" şirkətlərinin bu sahə ilə əlaqədar layihələr həyata keçirməsi bizim maraq dairəmizdədir.

"OXFHAM" təşkilatının kənd təsərrüfatı layihələri üzrə rəhbəri Elvin Nəbiyev bildirmişdir ki, təmsil etdiyi təşkilat həyata keçirdiyi "Azərbaycanda kənd təsərrüfatının inkişafı" layihəsi çərçivəsində hazırda mərkəzi aran rayonlarında aparır. Dünyanın 80-dən çox ölkəsində çalışan bu təşkilat Azərbaycanda su irriqasiya sisteminin bərpası, istehsal olunmuş kənd təsərrüfatı məhsullarının yerli dünya bazarlarına çıxarılması, aqrar sahəyə kreditlərin verilməsi işlərinə kömək edir. Layihə Azərbaycanda kiçik sahibkarlığın inkişafına xidmət göstərir. Növbəti mərhələdə təşkilat görülən işləri genişləndirməyi, uzunmüddətli əməkdaşlıq ticarət əlaqələri qurmağı planlaşdırır.

"UNİLEVER"in eksperti Stüart Klark isə bildirmişdir ki, 80 ildən artıq müddətdə fəaliyyət göstərən bu şirkət bütün dünyada keyfiyyətli məhsulları ilə tanınır. Şirkət Azərbaycanda istehsal olunan meyvə tərəvəz məhsullarının dünya bazarına çıxarılması işinə kömək etmək niyyətindədir bu istiqamətdə layihələr hazırlayır.

Qeyd olunmuşdur ki, bu əməkdaşlıq həm Azərbaycanda kənd təsərrüfatının inkişafı, həm dünya bazarının keyfiyyətli məhsullarla təmin edilməsi baxımından çox faydalıdır.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-3 aprel.-S.2.