Daxili İşlər
Nazirliyinin geniş kollegiya iclası keçirilmişdir
Aprelin 2-də Daxili
İşlər Nazirliyində
"Mənzillərdən oğurluqların
qarşısının alınması
və açılması
sahəsində görülən
işlərin vəziyyəti"nə
və "Mühafizə
hissələrinin fəaliyyətinin
təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər
və qarşıda duran vəzifələr"ə
həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
Daxili İşlər
Nazirliyinin mətbuat xidmətindən bildirmişlər
ki, nazir, general-polkovnik Ramil Usubov cari ilin
birinci rübünün
artıq başa çatdığını, hüquq-mühafizə,
o cümlədən daxili
işlər orqanlarının
birgə səyləri
ilə ötən dövrdə də cinayətkarlığa qarşı
mübarizə və ictimai təhlükəsizliyin
təmini sahəsində,
xüsusən bir sıra ağır cinayətlərin açılmasında
və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında
uğurlu nəticələrin
əldə edildiyini, əvvəlki dövrlərdə
nail olunmuş müsbət
təmayüllərin qorunub
saxlanıldığını vurğulamışdır.
Gündəlikdəki məsələlərə
münasibət bildirən
Ramil Usubov hər iki məsələnin
aktuallığını, daxili
işlər orqanlarının
fəaliyyəti ilə
bağlı mühüm
sahələri əhatə
etdiyini bildirmiş, cinayətkarlığın strukturunda
oğurluqların daha
geniş yayılmış
cinayətlərdən olduğunu,
belə faktların açılmasının polis əməkdaşlarından
yüksək peşəkarlıq,
bilik və təcrübə tələb
etdiyini, eyni zamanda, mühafizəyə
cəlb edilmiş obyektlərdə, mənzillərdə
siqnal sistemlərinin tətbiqinin müvafiq hadisələrin azalmasını
şərtləndirən əsas
amillərdən biri kimi diqqətə çatdırmışdır.
Qeyd edilmişdir
ki, bu növ
cinayətlərin qarşısının
alınması, açılması,
onları törətmiş
şəxslərin məsuliyyətə
cəlb olunması istiqamətində fəaliyyət
bütövlükdə məqsədyönlü
xarakter daşımış,
habelə əməliyyat-xidməti
fəaliyyətin düzgün
təşkili, o cümlədən
insanların Konstitusiya
ilə müəyyən
olunmuş mülkiyyət
hüququnun təmin edilməsi mühüm əhəmiyyət kəsb
etdiyindən hüquq-mühafizə
orqanları və hissələrinin işi daim diqqət mərkəzində saxlanılmış,
kollegiya iclaslarının
və nazirliyin rəhbərliyi yanında
keçirilən əməliyyat
müşavirələrinin müzakirə mövzusu olmuşdur.
General-polkovnik
Ramil Usubov həmçinin mühafizə
xidmətinin fəaliyyətinin
müasir dövrün
tələblərinə uyğun
təkmilləşdirilməsi və qarşıda duran vəzifələrlə
bağlı 2006-cı il
noyabrın 28-də keçirilmiş
kollegiya iclasından ötən müddətdə
xidmətin inkişaf etdirilməsi və mövcud problemlərin aradan qaldırılması
istiqamətində son illər
Baş Mühafizə
İdarəsinin rəhbərliyi
və yerli qurumları tərəfindən
böyük işlər
görüldüyünü, bu məqsədlə bir sıra zəruri
tədbirlərin həyata
keçirilərək, dövlət
obyektlərinin və özəl mülkiyyətin
mühafizəsinin etibarlı
təmin olunduğunu,
nəticədə vətəndaşların
polisin mühafizəsinə
daha böyük önəm verdiyini, xidməti post və marşrutlarda cinayətlərin
və digər hüquqpozmaların qarşısının
alınması üzrə
tədbirlərin uğurla
davam etdirildiyini diqqətə çatdırmışdır.
Nazir Ramil Usubov görülmüş
müsbət işlərlə
yanaşı, vətəndaşların
mənzillərinə, obyektlərə
siqnal sistemlərinin tətbiqinin təşkilində,
mənzillərdən oğurluqların
qarşısının alınması
və açılması
yönümündə müəyyən
nöqsanların mövcudluğunu
da qeyd etmişdir.
Gündəlikdəki birinci məsələ barədə məruzə
ilə Baş Cinayət-Axtarış İdarəsinin
rəisi, polis general-mayoru
Emin Şəkinski çıxış etmişdir. O demişdir
ki, cinayətkarlığın
dinamikasına ciddi təsiri nəzərə
alınaraq, Baş Cinayət-Axtarış İdarəsi
tərəfindən bağlı
qalmış mənzil
oğurluqları üzrə
400-dən çox əməliyyat-axtarış
işi öyrənilmiş,
onların başvermə
şəraiti və səbəbləri təhlil
edilmiş, fəaliyyətin
məqsədyönlü təşkili
və səmərəliliyinin
artırılması üçün
yerlərə istiqamətverici
göstərişlər göndərilmişdir.
Görülən tədbirlərin
məntiqi nəticəsi
olaraq 2008-ci ildə
515, o cümlədən keçmiş
illərdən bağlı
qalmış 25 mənzil
oğurluğunun açılması
təmin edilmiş və onları törətmiş 103 nəfərdən
ibarət 46 cinayətkar
qrup və dəstə müəyyənləşdirilərək
zərərsizləşdirilmişdir.
Gündəlikdəki ikinci məsələ ilə əlaqədar məruzə
ilə çıxış
edən Baş Mühafizə İdarəsinin
rəisi, polis general-mayoru
Mədət Quliyev bildirmişdir ki, mühafizə qurumlarının
fəaliyyətinin təkmilləşdirilməsi
və struktur islahatlarının aparılması
məqsədilə DİN-in müvafiq əmr və göstərişinə
əsasən, çoxpilləliyin
aradan qaldırılaraq
ştatların optimallaşdırılmasına,
xüsusi mülkiyyətə
məxsus obyektlərdə
mülki mühafizə
xidmətinin daha geniş tətbiqinə önəm verilmişdir. Əvvəlki illərlə müqayisədə
mərkəzləşdirilmiş mühafizə məntəqələri
ilə qorunan obyektlərin və mənzillərin sayı bir neçə dəfə, siqnal sistemlərinin köməyi
ilə mühafizə
olunan mənzillərin
sayı 2006-cı ilin
sonu ilə müqayisədə 450 ədəd
artmış, vətəndaşların
mənzillərinin mühafizəyə
cəlb edilməsi üzrə ərazi polis orqanları ilə qarşılıqlı əlaqələr
daha da güclənmişdir.
Müzakirələrdə çıxış edən
DİN-in baş idarələrinin,
ərazi polis orqanlarının
və mühafizə strukturlarının rəisləri
görülmüş işlər,
mövcud nöqsanların
aradan qaldırılması
üzrə həyata keçirilən tədbirlər
və qarşıda duran vəzifələr barədə ətraflı
məruzə etmişlər.
İclasa yekun vuran daxili
işlər naziri gündəlikdəki məsələlər
üzrə polis orqanlarının
fəaliyyətinin ümumən
qənaətbəxş olduğunu,
eyni zamanda bəzi nöqsanların mövcudluğunu da xatırladaraq konkret tapşırıqlar və
tövsiyələr vermişdir.
General-polkovnik
Ramil Usubov ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin daxili işlər orqanlarına daim göstərdiyi xüsusi diqqət və qayğının əyani
təzahürü kimi
bir sıra müxtəlif təyinatlı
obyektlərin inşa olunduğunu, onların açılışında dövlətimizin
başçısının şəxsən iştirak
etdiyini, polis orqanlarının
maddi-texniki bazasının
daha da möhkəmləndirilməsinə,
şəxsi heyətin
sosial-məişət problemlərinin
həllinə yönəlmiş
tədbirlərin gələcəkdə
də davam etdiriləcəyini vurğulamışdır.
Nazir əmin olduğunu bildirmişdir ki, Azərbaycan polisi və Daxili Qoşunlar Ali Baş Komandanın ali diqqət və qayğısına bundan sonra da
layiqli xidməti ilə cavab verəcək, ölkəmizin
inkişafının və
qüdrətlənməsinin əsas şərtlərindən
olan sabitliyin, habelə dövlətin və vətəndaşların
qanuni mənafelərinin
hüquqazidd əməllərdən
etibarlı qorunması
üçün qüvvə
və bacarığını
əsirgəməyəcəkdir.
AzərTAc
Azərbaycan.-2009.-3 aprel.-S.4