Nuru Paşa

 

 

"Azərbaycan tarixi" kitabından

 

Millətimin soyqırımına

 

Müəllif

 

Nuru Paşa at belində,

Türkiyədən

Karsdan gəlir.

"Azərbaycan!" deyə-deyə

yaralanmış Arslan gəlir.

Erməninin xəyanəti

rusdan gəlir,

farsdan gəlir.

gəlirsə, xeyir, ya şər - əzəl-axır

Xalqa gəlir.

Mənim xalqım, Nuru Paşa

arxasıza

Arxa gəlir.

sinəni

sahələrin

yelinə, Nuru Paşa!

Qığılcımlar səpələnsin

at nalından,

at belinə, Nuru Paşa.

 

Ermənilər pusqudaydı

top-tüfənglə,

gəncəlilər yol üstündə,

duz-çörəklə,

Gözləyirdi göydən enən

bir xilaskar mələk kimi,

Havadaydı türk qılıncı

Çaxırdı bir şimşək kimi.

 

Azərbaycan gedə bilər,

Azərbaycan itə bilər,

Ermənilər türksoylunu

didim-didim

didə bilər.

Lenin ordan car çəkərdi:

dəyişdirin vəziyyəti.

Bizdən vətən istəyirdi

vətənsizə,

Rus dövləti!

Yer çökürdü, göy uçurdu

Şamaxıda

Ulu qüvvət!

Şirvanşahlar sarayının

ocağıydı bu məmləkət.

Beyləqani,

Ya Xaqani

Məzarından soruş hanı?!

Sarayların,

xaqanların

sonu bumu?!

Allah, Allah!

Ağsuda su

qurudumu?!

Kəndləri yandırırdılar,

türkləri oddayırdılar,

ayaqlayıb meyitləri,

üstündən addayırdılar,

dilimizi kəsirdilər,

türk dilidi deyirdilər,

insan donu geyirdilər,

bu vəhşilər -

insana bənzəmək üçün,

ya insanam demək üçün.

Türkün hünər bayrağında

doğan Aya-Hilala bax!

"Bakı! Bakı!" - deyənlərin

gözlərində suala bax!

Bu yürüşə,

bu hücuma,

bu şanlı cəh-cəlala bax!

İgidlərin sırasında

"Hücum!" verən

igid gəlir.

Azərbaycan!

Səndən ötrü

o sırada

gör neçə min şəhid gəlir!

Türk sözüylə türk qılıncı

həmrəy oldu,

qarı düşmən!

Qalxdıq İslam Ordusunun

Azərbaycan səngərindən.

Türkiyədən

Quran gəldi, əzan gəldi,

öz adını

öz qanıyla yazan gəldi.

Ankaradan,

Ərzurumdan,

Ədənədən,

Ədirnədən, -

O vətəndən, bu vətənə! -

Yaşa, millət! Yaşa, vətən!

Beşikdə dil aça-aça

qəbirdə doğmalaşdılar,

Kayserilər,

ağdamlılar,

samsunlular,

ağdaşlılar

 

Paşa balam!

Sənin adın ordan gəlir,

Bu damara o damardan,

bax, o qandan

bu qan gəlir.

Sən gələndə, Nuru Paşa,

sən yaşında,

cavan gəlir.

Türk can qoydu bu torpaqda

"Azərbaycan!"

deyə-deyə,

Tarix, səni oxuyuram

mən türkə "can!"

deyə-deyə.

 

 

Nəriman Həsənzadə,

xalq şairi

 

Azərbaycan.-2009.-3 aprel.-S.6.