Azərbaycan güləşçilərinin tarixi qələbəsi

 

Litvanın paytaxtı Vilnüsdə sərbəst, yunan-Roma qadın güləşi üzrə Avropa çempionatı davam edir. Bu mötəbər yarışlar hələ davam etsə , Azərbaycan idmançıları artıq tarixi qələbəyə imza atmışlar.

Xəbər verdiyimiz kimi, martın 31- ən ağır çəkidə (120 kq) sərbəst güləşçimiz Əli İsayev yunan İ.Arzumanidis, belarus R.Şeyxov, türk R.Kara Ermənistan idmançısı R.Basiyev üzərində parlaq qələbələr qazanaraq qitə çempionu adına yiyələnmişdir. Bundan əlavə, 66 kq çəki dərəcəsində mübarizə aparmış Cəbrayıl Həsənov yalnız final görüşündə ukraynalı A.Stadnikə məğlub olaraq Avropa çempionatının gümüş medalına sahib çıxmışdır. Digər güləşçimiz Novruz Temrezov (84 kq) üçüncü yer uğrunda görüşdə bolqarıstanlı M.Geşevi məğlubiyyətə uğradaraq bürünc medal qazanmışdır.

Yarışların növbəti günü 60, 74 96 kq çəki dərəcələrində çıxış edən sərbəst güləşçilərimiz mübarizəyə qoşulmuşlar. Həm Zəlimxan Hüseynov, həm Çamsulvara Çamsulvarayev, həm Xetaq Qazyumov böyük əzmkarlıq ustalıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Z.Hüseynov yunan A.Plavidis, rumın G.Bucur, gürcü M.Kurdiani rusiyalı A.Batirovu məğlubiyyətə uğradaraq Avropa çempionu olmuşdur. Ç.Çamsulvarayev fransız L.Lampis, alman A.Şikka, bolqar K.Terziyev türk F.Binisinin müqavimətini qıraraq Azərbaycan komandasına növbəti qızıl medal qazandırmışdır. Daha bir möhtəşəm qələbəyə isə X.Qazyumov imza atmışdır. O, ardıcıl olaraq macar D.Ligeti, Olimpiya oyunlarının mükafatçısı türk S.Balçı, moldovalı N.Çeban rusiyalı G.Ketoyevə qalib gələrək Avropa çempionatının qızıl medalına yiyələnmişdir.

Bu möhtəşəm qələbələr nəticəsində sərbəst güləş üzrə milli komandamız qeyri-rəsmi komanda hesabında Avropa çempionatının qalibi olmuşdur. Komandamız 63 xal toplayaraq ikinci yerdə gedən Rusiya güləşçilərini 20 xal qabaqlamışdır. Ukrayna komandası 41 xalla üçüncü yeri tutmuşdur.

Sevindirici haldır ki, bir qayda olaraq indiyədək dəfələrlə Avropa dünya çempionatlarının qalibi olmuş Rusiya millisinin məşqçisi Marik Tedeyev Azərbaycan komandasının Avropa güləşinin liderinə çevrildiyini etiraf etmişdir. O, "NTV+Sport" televiziya kanalına verdiyi müsahibədə demişdir: "Avropa çempionatı göstərdi ki, artıq qitədə lider dəyişikliyi baş vermişdir. Bizim yerimizi Azərbaycan millisi tutmuşdur".

Azərbaycan güləşçilərinin böyük nailiyyəti komandamızın baş məşqçisi Maqomedxan Aratsilov üçün bir qədər gözlənilməz olmuşdur. O demişdir: "Açığını desəm, üç qızıl medal qazanacağımıza ümid edirdim. Lakin 4 qızıl medal qazanmağımız mənim üçün xoş sürpriz oldu. Buraya daha bir gümüş bürüncü əlavə etsək, nailiyyətimizin miqyasını görə bilərik. Millimiz komanda hesabında birinci yeri tutdu. Bu, bizi sevindirməyə bilməz. İdmançılarımız əsl qəhrəmanlıq nümayiş etdirdilər. Bu qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik elirəm bizə azarkeşlik edənlərə minnətdarlığımı bildirirəm".

Yeri gəlmişkən, İtaliyanın RAİ televiziya kanalı Azərbaycan güləşçisi Əli İsayevin ermənistanlı güləşçi üzərində parlaq qələbəsindən reportaj hazırlamışdır. Reportajda idman arenalarında Azərbaycan-Ermənistan qarşıdurmasının prinsipiallığından, habelə Litvanın paytaxtında soydaşlarımızın azarkeşliyindən sevinc hisslərindən söhbət açılmışdır.

Dünən isə Avropa çempionatında 51, 59 67 kq çəki dərəcələrində çıxış edən qadınlar mübarizə aparmışlar. Ölkəmiz bu yarışlarda iki çəki dərəcəsində təmsil olunmuşdur. Təəssüf ki, güləşçilərimizdən biri - Sona Əhmədli (59 kq) elə ilk görüşdə məğlub olaraq mübarizəni dayandırdı. Digər güləşçimiz Zümrüd Qurbanhacıyeva (67 kq) isə alman M.Selmayer, ispan A.Fahardo bolqar R.İvanovanı məğlubiyyətə uğradaraq finala vəsiqə qazandı. Həlledici görüşdə idmançımızın rəqibi ukraynalı Katerina Burmistrova idi. Finalda məğlub olan Zümrüd Avropa çempionatının gümüş medalını qazandı.

 

 

Rizvan Hilaloğlu

 

Azərbaycan.-2009.-3 aprel.-S. 8.