Azərbaycanlı alim Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir

 

Azərbaycan Tibbi Universitetinin tədris işləri üzrə prorektoru, patoloji fiziologiya kafedrasının müdiri, əməkdar müəllim, tibb elmləri doktoru, professor Sabir Əliyev müasir dövrdə patoloji fiziologiya elminin inkişafındakı xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) yüksək yönətim qurumunun qərarı ilə akademiyanın həqiqi üzvü seçilmişdir.

Alim həmçinin TDABEA-nın mükafat komitəsinin qərarı ilə "Uluslararası Qızıl ulduz" medalına da layiq görülmüşdür.

Bu günlərdə diplom medal alimə təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-3 aprel.-S.4.