Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə edilir).

2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə"də (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹12, maddə 1245) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 8.7-ci bənddən ", radioaktiv maddələrin ionlaşdırıcı şüa mənbələrinin" sözləri çıxarılsın;

2.2. 8.14-cü bənddə "radiasiya" sözü "texniki" sözü ilə əvəz edilsin;

2.3. 9.3-cü bənddə ", habelə ionlaşdırıcı şüa mənbələrindən istifadə edilməsi ilə əlaqədar fəaliyyət göstərən müəssisə təşkilatlara radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində" sözləri "məqsədilə" sözü ilə əvəz edilsin;

2.4. 9.16-cı bənddə "obyektlər ionlaşdırıcı şüa mənbələri olan müəssisələr, idarələr təşkilatlara" sözləri "obyektlərə" sözü ilə əvəz edilsin;

2.5. 8.15-ci, 8.16-cı, 8.17-ci 8.18-ci bəndlər çıxarılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. qüvvədə olan normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2009-cu il

 

Azərbaycan.-2009.-5 aprel.-S.1.