Azərbaycanın Avropa üçün əhəmiyyəti daha da artır

 

Avropanın enerji təminatında Azərbaycanın vacib rol oynaması müxtəlif Qərb ölkələrinin təmsilçiləri tərəfindən getdikcə daha çox etiraf olunmaqdadır. Elə bunun nəticəsidir ki, Avropa Azərbaycanla digər sahələrlə yanaşı enerji sferasında da əməkdaşlığın genişlənməsinə xüsusi önəm verir. Avropa İttifaqı-Azərbaycan Enerji, Nəqliyyat Ətraf mühit məsələləri üzrə Alt Komitənin Bakıda keçirilən iclasında bir daha bu məsələyə diqqət yetirilib ölkəmizlə sözügedən sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyi vurğulanıb. İclasda Avropa Komissiyasını təmsil edən nümayəndə heyətinin rəhbəri Alan Vaddams bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün olduqca vacib tərəfdaşdır. Bu səbəbdən o, Avropa İttifaqının Azərbaycanla qarşılıqlı əməkdaşlığın inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib.

Ümumiyyətlə hazırda belə bir fikir formalaşıb ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu durmadan artır bu səbəbdən Avropa İttifaqının enerji sektorunda hadisələrin inkişaf istiqaməti Azərbaycanla əməkdaşlıq nəzərə alınmaqla proqnozlaşdırılmalıdır. Azərbaycan isə Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığını 4 əsas istiqamət üzrə qurur. Birinci istiqamət Azərbaycanda Xəzər regionunda karbohidrogen ehtiyatlarının öyrənilməsi, həmçinin onların işlənməsində xarici şirkətlərin iştirakı yatırdıqları sərmayələrdir. İkinci mühüm istiqamət enerji dəhlizlərinin, onların buraxılış qabiliyyətinin qiymətləndirilməsi, eləcə enerjidaşıyıcılarının nəql olunmasının diversifikasiyasıdır. Üçüncü istiqamət kimi Azərbaycan enerji sektorunda qanunvericilik bazasının Avropa standartlarına uyğunlaşdırılması prosesini həyata keçirir ki, bu da Avropa dövlətləri tərəfindən xüsusi rəğbətlə qarşılanır. Elə bu səbəbdən Avropa İttifaqı Azərbaycanla enerji sahəsində əməkdaşlıq üçün hər cür şəraitin olduğunu etiraf edir.

Ən nəhayət, dördüncü istiqamət kimi Azərbaycan enerji ehtiyatlarının kəşfiyyatında, mənimsənilməsində, daşınmasında Avropa texnologiyasının istifadəsinə mühüm önəm verir bu da tərəflər arasında qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsində önəmli rol oynayır. Azərbaycanın Avropa ilə enerji sferasında həyata keçirdiyi siyasətdən məmnunluq ifadə edən Avropa Komissiyasının nümayəndələri isə bildirir ki, ölkəmizlə bu sahədə əməkdaşlıq növbəti mərhələlərdə prioritet istiqamətlərdən birini təşkil edəcək. Alan Vaddams bunu həm Azərbaycanın Avropa üçün əhəmiyyətinin gündən-günə artması etibarlı tərəfdaş olması ilə izah edir. Onun sözlərinə görə, Avropa İttifaqı-Azərbaycan Enerji, Nəqliyyat Ətraf mühit məsələləri üzrə Alt Komitənin Bakıda keçirilən iclası da tərəflər arasında əməkdaşlığın güclənməkdə olduğunun göstəricisidir.

Avropa İttifaqının Azərbaycanla enerji sahəsində əməkdaşlığını genişləndirməsinə təkanverici amillərdən biri qlobal iqtisadi böhranın ölkəmizə təsirinin cüzi xarakter daşıması ilə bağlıdır. Belə ki, qlobal iqtisadi böhran dünyanın karbohidrogen ehtiyatı ilə zəngin olan bir çox ölkələrində enerji layihələrinin dayanmasına səbəb olub. Azərbaycanda isə bunun əksinə olaraq enerji layihələrinin icra prosesi daha geniş miqyas almaqdadır. Bu məqam ölkəmizin ən etibarlı enerji tərəfdaşı kimi Avropada dünyanın digər bölgələrində nüfuzunun daha da yüksəlməsinə enerji sahəsində Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə maraqlı dövlətlərin, nüfuzlu təşkilatların can atmasına səbəb olmaqdadır.

Lakin Avropanı Azərbaycanla əməkdaşlığın inkişafında təkcə enerji məsələləri maraqlandırmır. Avropa daha geniş sferada ölkəmizlə əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsinə diqqət yetirir. Bu məqama toxunan Alan Vaddams qeyd edir ki, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Avropa İttifaqı Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinin tərəfdarıdır. "Şərq tərəfdaşlığı" isə özündə təkcə enerji məsələlərini yox, Avropaya iqtisadi inteqrasiya, demokratiya, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi bu qəbildən olan digər məsələləri ehtiva edir. Bu proqram həm ona qoşulan ölkələrin vətəndaşlarına xeyli üstünlüklər vəd edir. Buraya vizasız rejimdən tutmuş səyahət şərtlərinin yüngülləşdirilməsi üçün azad hərəkət təhlükəsizlik paktı da daxildir. Avropa Komissiyası proqrama uyğun olaraq gələcəkdə "Şərq tərəfdaşlığı" çərçivəsində əməkdaş ölkələrin vətəndaşları üçün Avropa İttifaqının əmək bazarlarının açılması imkanlarını öyrənəcəkdir. Proqram həmçinin fərdlər arasında birbaşa kommunikasiyanı gücləndirməyi nəzərdə tutur.

Xatırladaq ki, "Şərq tərəfdaşlığı" proqramı Polşa İsveç hökumətlərinin təşəbbüsü ilə həyata keçirilir. Bu proqramda Azərbaycan GUAM-a üzv digər ölkələr, eləcə Belarus Ermənistan iştirak edir.

Bu arada məlum olub ki, Avropa İttifaqı ilə MDB-nin 6 ölkəsi arasında "Şərq tərəfdaşlığı" layihəsi üzrə qəbul olunacaq Bəyannamənin layihəsi aprelin 7-də Praqada müzakirə olunacaq. Bu görüşdə Avropa İttifaqının müvafiq qurumlarının nümayəndələri ilə yanaşı "Şərq tərəfdaşlığı" proqramına dəvət olunan Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belarus Ermənistanın xarici işlər nazirlərinin müavinləri iştirak edəcəklər. Görüşdə razılaşdırılmış sənəd Avropa İttifaqı MDB üzvü olan ölkələrin prezidentlərinin iştirak edəcəyi "27+6" sammitinə təqdim olunacaq. Sammitin mayın 7-də Praqada keçiriləcəyi gözlənilsə , Çexiyada baş verən hökumət böhranı bu sammitin məkanının dəyişməsinə səbəb olub. Tədbirin Brüsseldə keçiriləcəyi gözlənir.

Onu da bildirək ki, Avropa İttifaqı 2013-cü ilədək "Şərq tərəfdaşlığı" proqramına qatılan ölkələrə, o cümlədən Azərbaycana 350 milyon avro həcmində əlavə yardım ayıracaq. Avropa İttifaqının xarici əlaqələr avroqonşuluq üzrə komissarı Benita Ferreronun sözlərinə görə, bu vəsait "Şərq tərəfdaşlığı" proqramında iştirak edən ölkələrdə daha sabit iqtisadi durumun bərqərar olmasına xidmət edəcəkdir.

Ümumilikdə isə "Şərq tərəfdaşlığı" çərçivəsində tərəfdaş MDB ölkələrinə ayrılacaq yardımın həcmi ən azı 600 milyon avro təşkil edəcəkdir. Avropa İttifaqı proqram çərçivəsində Azərbaycanla əməkdaşlıq səviyyəsindən məmnun qaldığını artıq bir neçə dəfə bəyan edib. Alan Vaddamsın sözlərinə görə isə İttifaq bu sahədə ölkəmizlə əməkdaşlığın daha da dərinləşməsini istəyir.

Bütün bunlar Azərbaycanın istər enerji, istərsə digər sahələrdə Avropa üçün strateji əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir. Məhz bu səbəbdən Avropa birliyi Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verir.

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-5 aprel.-S.1.