Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ problemi həll olunmadan bizim Ermənistanla bağlı sağlam qərar qəbul etməyimiz mümkün deyildir

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Londonda Kral Beynəlxalq Əlaqələr İnstitutunda çıxışında bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyənin Ermənistanla bağlı sağlam qərar qəbul etməsi mümkün deyildir. Baş nazir əlavə etmişdir ki, 17 ildir bu problemlə məşğul olan ATƏT-in Minsk qrupu vardır münaqişənin həlli olduqca zəruridir. ABŞ, Fransa Rusiya bu prosesi sürətləndirməlidir. Türkiyə dialoq prosesinə yardım etmək üçün Qafqazda sabitlik əməkdaşlıq təşəbbüsü ilə çıxış etmişdir. Rusiya ilə Gürcüstan bu platforma çərçivəsində Türkiyə ilə Ermənistan kimi dialoq aparmalıdırlar.

Türkiyə hökumətinin başçısı demişdir ki, onun ölkəsi heç kimə kin nifrət duyğuları bəsləmir, lakin türklərə kin nifrətlə baxanlar vardır. Ankaranın qondarma "erməni soyqırımı" ilə əlaqədar iddiaları qəbul etməsi mümkün deyildir.

 

 

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2009.-5 aprel.-S.2.