Milli Təhlükəsizlik Nazirliyində görüşlər

 

 Aprelin 4- Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubiley tədbirlərində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru ordu generalı Aleksandr Bortnikovla görüşmüşdür.

Nazirliyin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, görüşdə general-leytenant Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyində yeni yaradılmış strukturlar, həyata keçirilən islahatlar onların səmərəli nəticələri, terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya, mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə qarşı aparılan mübarizə üzrə görülmüş işlər, habelə mövcud əməliyyat şəraiti ona təsir göstərən amillər haqqında məlumat vermişdir.

Azərbaycanın silahlı separatçılıq, ekstremizm təzahürlərinin, Ermənistanın hərbi təcavüzünün çətinlikləri ilə üzləşdiyini bildirən Eldar Mahmudov, eyni zamanda daha bir qlobal təhlükə olan beynəlxalq terrorçuluq təhdidlərinin qarşısının alınması üzrə həyata keçirilmiş tədbirlərdən danışmış, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi zərurətini vurğulamışdır.

Aleksandr Bortnikov 90 illik yubiley münasibətilə bir daha təbriklərini çatdırmış, göstərilən qonaqpərvərliyə, geniş dolğun məlumata görə təşəkkürünü bildirmişdir. Qonaq Azərbaycana ilk səfərindən xoş təəssüratlar aldığını, Rusiya Azərbaycan arasında çoxəsrlik tarixi-mədəni dostluq əlaqələrinin olduğunu vurğulamış, hər iki xalqın mənafelərinin təhlükəsizliyinin təmin olunması naminə xüsusi xidmət orqanlarının əməkdaşlıq münasibətlərinin inkişafından məmnun qaldığını qeyd etmişdir.

İşgüzar şəraitdə keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

 

***

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubiley tədbirlərində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkovla görüşmüşdür.

Görüşdə transmilli mütəşəkkil cinayətkarlıqla, eləcə hazırda beynəlxalq aləm üçün ən təhlükəli cinayətlərdən olan terrorçuluqla mübarizə sahəsində görülən işlər digər aktual məsələlər, habelə ölkələrimizin xüsusi xidmət orqanları arasında işgüzar səmərəli əməkdaşlığın əməli inkişaf perspektivləri üzrə müzakirə aparılmışdır.

Nazir Eldar Mahmudov respublikada aparılan geniş hüquqi-demokratik dövlət quruculuğu işləri, mövcud əməliyyat şəraiti ona təsir göstərən amillər, təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar haqqında qonağa ətraflı məlumat vermişdir.

Mixail Fradkov 90 illik yubiley münasibətilə bir daha təbriklərini çatdırmış, göstərilən qonaqpərvərliyə hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər üzrə müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirmişdir. Qonaq respublikamıza səfərindən xoş təəssüratlar aldığını, Rusiya Azərbaycan, eləcə müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun qaldığını bunun ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd etmişdir.

Səmimi qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-5 aprel.-S.3.