Milli ədliyyə sisteminin inkişafına xidmət edən mükəmməl konsepsiya

 

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, hüquqi dövlətin qurulması möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Möhkəm ədliyyə sisteminin əsas məqsədi insanların bütün hüquqlarına hörmətlə yanaşılan açıq vətəndaş cəmiyyətinin yaradılması inkişafına xidmətdən ibarətdir. Əsl mənada, möhkəm ədliyyə sistemi olan dövlətdə vətəndaşların hüquq azadlıqları, hər bir insanın qanun qarşısında bərabərliyi, ən başlıcası isə hüququn aliliyi bütün səviyyələrdə təmin olunur.

Son 15 ildə bu məqsədlə Ədliyyə Nazirliyində yeni dövrün tələblərindən irəli gələn islahatların aparılması, ədliyyə orqanlarının üsul vasitələrinin təkmilləşdirilməsi, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin yüksəldilməsi, qanunvericiliyin təkmilləşdirilməsi ədalət mühakiməsinin səmərəliliyinin artırılması, habelə ədliyyə fəaliyyətinin digər müxtəlif sahələri üzrə zəruri tədbirlər həyata keçirilmişdir. Bu sahədə tədbirlər sistemini inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hüquqi dövlət quruculuğu prosesində müstəsna xidmətləri olan Ədliyyə Nazirliyinin fəaliyyət dairəsinin, statusunun, cəmiyyətdəki rolunun mövqeyinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin etmişdir.

Nazirliyin fəaliyyətinin normativ-hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədi ilə 18 aprel 2006-cı il tarixdə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" xüsusi əhəmiyyət daşıyır. Buna uyğun olaraq nazirlik vahid dövlət siyasətinin formalaşmasında fəal iştirak etməklə, fəaliyyət istiqamətlərinə dair qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələrə hüquqi rəylər verir, normativ hüquqi aktların normativ xarakterli aktların hüquqi ekspertizasını, onların dövlət qeydiyyatını uçotunu aparır, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını notariat orqanlarının fəaliyyətini, qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını dövlət reyestrini təşkil edir. Habelə nazirlik məhkəmə qərarlarının icrasını təmin edir, penitensiar müəssisələrin fəaliyyətini təşkil edir onlara nəzarəti həyata keçirir. Bələdiyyələrin işinin təşkilinə kömək göstərir, onlara metodoloji yardım edir, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə inzibati nəzarəti həyata keçirir, məhkəmə ekspertizalarının aparılmasını təşkil edir, müəyyən kateqoriyalı cinayətlər üzrə ibtidai istintaq aparır, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər üzrə fəaliyyət göstərir.

Azərbaycan Respublikası Milli Məclisinin 26 may 2006-cı il tarixli iclasında qəbul edilən "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu isə ədliyyə orqanlarında, idarələrində təşkilatlarında, penitensiar xidmətdə qulluqkeçmə qaydalarını şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən etmişdir. Qanunda ədliyyə işçilərinin əsas hüquqları genişləndirilmiş, vəzifələri dəqiqləşdirilməklə məsuliyyətləri artırılmışdır. Qanunda ədliyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi təminatlarının möhkəmləndirilməsi kimi vacib məqamlar da əksini tapmışdır.

"Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli fərman yeni dövrdə Azərbaycan ədliyyəsinin qarşısında duran vacib məsələlərin həllinə geniş imkanlar açmışdır. Bu təkmil sənəddən irəli gələn vəzifələrin icrası ilə bağlı ötən dövrdə konkret işlər görülmüş, o cümlədən normativ sənədlərin hazırlanması üzrə təcrübəli ədliyyə işçilərindən ibarət xüsusi işçi qrup yaradılmışdır. Mərkəzi aparatın yeni strukturu, onun tərkibinə daxil olan baş idarə idarələrin əsasnamələri təsdiq edilmiş, ədliyyə orqanlarının ştat sayı xeyli artırılmış, müvafiq əmrlə həmin ştat vahidlərinin aidiyyəti xidmətləri üzrə bölgüsü aparılmışdır. Regional ədliyyə şöbələrinin yaradılması da bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdəndir.

"Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" isə milli ədliyyə sisteminin müasirləşdirilməsi fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş məqsədyönlü ardıcıl tədbirlər sisteminin uğurlu davamıdır. Dövlət proqramı aktuallığına, əhatə etdiyi məsələlərin miqyasına, ədliyyə sahəsində həllini gözləyən problemlərə kompleks yanaşma mexanizmlərinə görə fərqlənir.

Dövlət proqramının preambula hissəsində vurğulandığı kimi, ölkəmizdə hüquq sisteminin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatlarının davam etdirilməsi ədliyyə orqanlarının məhkəmələrin fəaliyyətinin son dövrün tələbləri səviyyəsində qurulmasını, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasını, vətəndaşların məhkəmələrə ədliyyə orqanlarına müraciət etmək imkanlarının asanlaşdırılmasını, regionlarda hüquq infrastrukturunun genişləndirilməsini, yeni nəsil hüquqşünasların formalaşdırılmasını, cəza-icra siyasətinin humanistləşdirilməsini zəruri edir.

"Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" ədliyyə sahəsində daha sürətli inkişafı təmin etmək üçün əsas vəzifələri, istiqamətləri yerinə yetirilməli olan hüquqi tədbirləri müəyyən edir. Dövlət proqramının məqsədi Azərbaycan Respublikasının ədliyyə sahəsində dövlət siyasətinin daha uğurla həyata keçirilməsini, ölkədə aparılan məhkəmə-hüquq islahatlarının davam etdirilməsini, ədliyyə orqanlarının məhkəmələrin dinamik inkişafını təmin etməkdən ibarətdir. Proqramın əsas vəzifələri sırasına isə ədliyyə sahəsində islahatların davam etdirilməsi bu sahədə inkişafın təmin edilməsi; ədliyyə sistemində məhkəmələrdə yeni informasiya kommunikasiya texnologiyalarının tətbiq edilməsi işinin sürətləndirilməsi, müasir tələblərə cavab verən yeni prosesinin təşkil edilməsi; cəzaçəkmə müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi; ədliyyə sisteminin məhkəmələrin infrastrukturunun yeniləşdirilməsi maddi-texniki bazasının möhkəmləndirilməsi; vətəndaşların ədliyyə orqanlarına məhkəmələrə müraciət etmək imkanlarının genişləndirilməsi digər məsələlər daxildir.

Dövlət proqramında 2009-2013-cü illərdə ədliyyə sistemində qanunvericilik bazasının təkmilləşdirilməsi, ədliyyə orqanlarının məhkəmələrin informasiya resurslarının işlənməsində müasir texnologiyaların tətbiqi, ədliyyə orqanlarının fəaliyyətinə zəruri şərait yaradılması maddi-texniki təchizatının yaxşılaşdırılması, ədliyyə sistemində kadr hazırlığı peşəkarlıq səviyyəsinin artırılması, Penitensiar Xidmətin fəaliyyətinin müasirləşdirilməsi infrastrukturunun yaxşılaşdırılması, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi müasir dövrün tələblərinə uyğunlaşdırılması, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilmişdir.

"Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın maliyyə təminatını dövlət büdcəsindən ayırmalar, beynəlxalq təşkilatların maliyyə dəstəyi, qanunvericiliklə müəyyən edilmiş digər mənbələr təşkil edəcəkdir. Ümumiyyətlə, dövlət proqramı bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyev insan vətəndaş hüquq azadlıqlarının etibarlı təminatı baxımından ədliyyə məhkəmə sistemində islahatların bundan sonra da sistemli şəkildə davam etdirilməsində maraqlı israrlıdır.

"Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" milli ədliyyə sistemi ilə yanaşı, həm məhkəmə orqanlarının müasirləşdirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş məqsədyönlü ardıcıl tədbirlər sisteminin uğurlu davamıdır. Dövlət proqramının imzalanması ədliyyə orqanlarının məhkəmələrin daha da inkişafının təmin edilməsi, yeni informasiya kommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqi maddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi məqsədi daşıyır. Dövlət proqramının 6-cı hissəsində məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi infrastrukturunun yaxşılaşdırılması sahəsində bir sıra tədbirlər nəzərdə tutulmuşdur. 2009-2013-cü illərdə məhkəmələrin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar külliyatının onların şərhinə dair vəsaitlərin hazırlanması, "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində məhkəmə fəaliyyətində, o cümlədən işlərin qeydiyyatı hərəkətində, məhkəmə proseslərinin aparılmasında yeni texnologiyaların tətbiqi, habelə məhkəmələrin maddi-texniki bazasının yaxşılaşdırılması onlar üçün lazımi şəraitinin təmin edilməsi, yeni yaradılmış Bakı, Gəncə, Sumqayıt, Şirvan Şəki apellyasiya məhkəmələrinin inzibati binalarla təmin edilməsi nəzərdə tutulur. Ümumilikdə, dövlət proqramı ədliyyə orqanlarının, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsinə təkmilləşdirilməsinə yeni imkanlar açır.

Son 5 ildə aparılan islahatlar göstərir ki, Azərbaycanda qanunun aliliyinin təminatı, məhkəmə ədliyyə orqanlarının dövlət idarəçilik mexanizmində nüfuzlu müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi digər konseptual məsələlərin həlli ölkə rəhbərinin xüsusi diqqət mərkəzindədir. Dövlət başçısının inamla həyata keçirdiyi ədliyyə məhkəmə islahatları respublikamızda qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə xidmət edir.

 

 

Əlisəfa Azayev,

Hüquqşünas

 

Azərbaycan.-2009.-5 aprel.-S.3.