Alan Vaddams: "Azərbaycan Avropa Birliyi üçün vacib tərəfdaşdır"

 

"Azərbaycan Avropa Birliyi üçün vacib tərəfdaşdır biz Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsinə böyük diqqət veririk".

Bunu Avropa Komissiyasının (AK) energetika, nəqliyyat ətraf mühit məsələləri üzrə AB - Azərbaycan yardımçı komitəsinin Bakıda keçirilən 4-cü iclasında AK nümayəndəliyinin başçısı Alan Vaddams söyləyib. Onun sözlərinə görə, bu tədbirin keçirilməsi mühüm əhəmiyyət kəsb edir Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etməsindən xəbər verir. A.Vaddams eyni zamanda, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycan digər ölkələrlə əməkdaşlığın dərinləşməsinə yüksək qiymət verib.

Ümumiyyətlə, sözügedən iclasda energetika, enerji təhlükəsizliyi infrastrukturun inkişafı, habelə ikinci strateji enerji hesabatı da daxil olmaqla Avropa Birliyinin enerji sektorundakı vəziyyət barədə qarşılıqlı anlaşma memorandumunun həyata keçirilməsi məsələləri müzakirə edilib. Müzakirələr Azərbaycanın Sənaye Energetika Nazirliyi ilə Avropa Birliyi arasında tərəfdaşlıq əməkdaşlıq barədə sazişin imzalanması çərçivəsində keçib.

Məlumat üçün bildirək ki, Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramı AB-nin keçmiş SSRİ-nin 6 respublikası - Azərbaycan, Ukrayna, Gürcüstan, Belarus, Moldova Ermənistanla daha sıx əməkdaşlığa nail olunmasına xidmət edir.

 

 

Azərbaycan.-2009.-5 aprel.-S.4.