Bu il sahibkarlara 130 milyon manat güzəştli kredit veriləcək
Bu il dövlət büdcəsindən Sahibkarlığa
Kömək Milli Fonduna güzəştli kreditlər üçün
74 milyon manat vəsaitin ayrılması
nəzərdə tutulmuşdur.
Ümumilikdə isə fondun xəzinə hesabına qaytarılacaq kredit məbləğləri və
kredit faizləri də daxil olmaqla
2009-cu ildə sahibkarlara
130 milyon manat güzəştli kreditin verilməsi proqnozlaşdırılır.
Əvvəla qeyd edək ki, sahibkarlıq
subyektləri tərəfindən
fonda təqdim
edilən investisiya layihələri "Azərbaycan
Respublikası Sahibkarlığa
Kömək Milli Fondunun vəsaitinin istifadə qaydaları"na
uyğun araşdırılır,
ətraflı təhlil
edildikdən sonra müvafiq rəy fondun müşahidə şurasına təqdim olunur. Müşahidə şurasından müvəkkil
kredit təşkilatına
müraciət etmək
hüququ əldə etmiş sahibkarların investisiya layihələri Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitləri hesabına
müvəkkil kredit təşkilatları tərəfindən
maliyyələşdirilir. Yeri gəlmişkən xatırladaq ki, güzəştli kreditlərin
sahibkarlıq subyektlərinə
verilməsi müvəkkil
kredit təşkilatı
kimi seçilmiş
30 kommersiya bankı, 1
bank olmayan kredit təşkilatı və
4 kredit ittifaqı tərəfindən həyata
keçirilir.
Xəbər verildiyi
kimi, artıq 2009-cu il üçün
dövlət büdcəsindən
Sahibkarlığa Kömək
Milli Fonduna ayrılmış vəsait
hesabına müvəkkil
kredit təşkilatları
vasitəsilə sahibkarlıq
subyektlərinə güzəştli
kreditlərin verilməsinə
başlanmışdır. İndiyədək 200-dən
çox sahibkar fondun vəsaitləri hesabına verilmiş güzəştli kreditlərdən
yararlanmışdır. Təkcə martın 26-da
keçirilmiş tədbir
çərçivəsində Aran və Gəncə-Qazax
iqtisadi rayonlarında
60 sahibkarlıq subyektinə
(Aran iqtisadi rayonu üzrə 34, Gəncə-Qazax iqtisadi rayonu üzrə isə 26 sahibkara) güzəştli kredit verilmişdir. Güzəştli kredit almış
sahibkarlar Gəncə
şəhəri, Samux,
Ağstafa, Goranboy, Göygöl, Şəmkir,
Ağcabədi və Bərdə rayonlarında
fəaliyyət göstərirlər.
Maliyyələşdirilmiş layihələr sənaye
və kənd təsərrüfatı məhsullarının
istehsalı sahələrini
əhatə edir.
Bu layihələrin həyata
keçirilməsi 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək. Ümumilikdə
isə 2009-cu ilin ötən dövründə
Sahibkarlığa Kömək
Milli Fondundan müvəkkil kredit təşkilatları vasitəsilə
verilmiş güzəştli
kreditlər hesabına
350 yeni iş yerinin açılması
nəzərdə tutulur.
Azərbaycan.-2009.-5 aprel.-S.4.