Gəncədə Həmid Araslının 100 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilmişdir
Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA) Gəncə Elm Mərkəzi
ilə birgə görkəmli alim, Türk Dil Qurumunun,
İraq Elmlər Akademiyasının fəxri
üzvü, əməkdar
elm xadimi, "Şərəf
nişanı" ordenli
akademik Həmid Araslının anadan olmasının 100 illik yubileyi ilə əlaqədar elmi-praktiki konfrans keçirmişdir.
AMEA-nın birinci vitze-prezidenti, akademik Arif Həşimov Azərbaycan elminin fəxri Həmid Araslının yaradıcılıq
fəaliyyətindən danışmışdır.
Professor Xəlil
Yusiflinin "Akademik Həmid Araslının həyat və yaradıcılığı", dosent Natella Əliyevanın "Həmid
Araslı və Şərq xalqları ədəbiyyatı", Cahan
Ağamirovun "Akademik
Həmid Araslı irsində Nizami və türkçülük
mövzusu" və Samir Pişnamazzadənin
"Həmid Araslı
yaradıcılığında bəzi məqamlar" mövzularında məruzələri
dinlənilmişdir.
Məruzələrdən sonra akademik Həmid Araslının həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət
sənədli filmə
baxış olmuşdur.
Elmi-praktiki konfrans Həmid Araslının yaxın dostu və məsləkdaşı
olmuş görkəmli
alim və yazıçı, professor Mir Cəlal
Paşayevin ev-muzeyində
davam etdirilmişdir.
İştirakçılar muzeyin eksponatları ilə yaxından
Konfransın sonunda atasının irsinə göstərilən
diqqət və qayğıya görə Nüşabə Araslı
ailə üzvləri
adından Azərbaycan
Prezidenti İlham Əliyevə minnətdarlığını
bildirmişdir.
AzərTAc
Azərbaycan.-2009.-5 aprel.-S.5.