Antalyada ailə, qadın və uşaq problemləri üzrə Türkiyə-Azərbaycan birgə komissiyasının iclası
keçirilmişdir
Azərbaycan Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Hicran Hüseynova və Türkiyənin ailə, qadın və uşaq məsələləri
üzrə dövlət
naziri Nimət Çubukçu qadınların
cəmiyyətin həyatının
müxtəlif sahələrində,
xüsusilə, siyasətdə,
iqtisadiyyatda fəal iştirakının təmin
olunmasında səmərəli
əməkdaşlıqdan bəhs
etmişlər.
Qeyd olunmuşdur ki, indi hər iki
ölkənin qadınları
azad hüquqlara və geniş imkanlara malikdirlər. Bu sahədə qanunvericilik bazası getdikcə təkmilləşdirilir. Azərbaycan və
Türkiyə arasında
imzalanmış protokol
əsasında yaradılmış
birgə komissiya əməkdaşlığa və
təcrübə mübadiləsinin
genişlənməsinə təkan vermişdir.
Hicran Hüseynova
Azərbaycanın birinci
xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaq və qadın problemlərinin həlli sahəsində məqsədyönlü
fəaliyyətini xüsusi
olaraq vurğulamışdır.
Heydər Əliyev Fondunun
fəaliyyəti ölkəmizdə
ən müasir standartlara cavab verən məktəb binalarının tikintisinə,
internat məktəblərinin
və uşaq evlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə,
digər mühüm layihələrin həyata
keçirilməsinə yönəlmişdir.
Hicran Hüseynova rəhbərlik
etdiyi komitənin Türkiyənin müvafiq
strukturları ilə qarşılıqlı faydalı
əməkdaşlıq etməkdə
və qardaş ölkənin təcrübəsindən
yararlanmaqda maraqlı olduğunu da söyləmişdir.
Oqtay Bayramov,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.-2009.-5 aprel.-S.5.