Seneqal Respublikasının
Prezidenti zati-aliləri
cənab Abdulay Vada
Hörmətli cənab
Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik
Günü münasibətilə
Sizi və Sizin simanızda
bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Əminəm ki, Azərbaycan ilə Seneqal arasında təşəkkül
tapmış dostluq və əməkdaşlıq
münasibətləri, beynəlxalq
qurumlar çərçivəsində
birgə səylərimiz
bundan sonra da xalqlarımızın mənafelərinə xidmət
edəcəkdir.
Bu əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir,
dost Seneqal xalqına sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 mart 2009-cu il
Azərbaycan.-2009.-4 aprel.-S.1.