Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti haqqında Əsasnamənin təsdiq
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
"Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı bəzi məsələlər
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2008-ci il 5 fevral tarixli 709 nömrəli fərmanının
4-cü bəndinə uyğun
olaraq qərara alıram:
1. "Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti haqqında Əsasnamə"
təsdiq edilsin (əlavə edilir).
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bir ay müddətində:
2.1. qüvvədə olan
normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılması
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. bu fərmandan irəli gələn digər məsələləri
həll etsin.
3. Bu fərman
imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
3 aprel 2009-cu il
Azərbaycan.-2009.-4 aprel.-S.1.