Parlament teleradio fəaliyyətini təkmilləşdirən
düzəlişləri təsdiqlədi
Aprelin 3-də keçirilən Milli Məclisin plenar iclası deputatlar tərəfindən cari məsələlərə dair
təkliflərin bildirilməsi
ilə başladı. İlk söz alan
deputat Musa Quliyevin təklifi siqaret çəkilməsinə məhdudiyyət
qoyulması ilə bağlı hazırlanan qanun layihəsinin Milli Məclisin yaz sessiyasının gündəliyinə salınması
barədə oldu. Onun bildirdiyinə görə,
siqaret çəkilməsinə
məhdudiyyət qoyulması
haqqında qanun
ABŞ-da, Avropa Birliyi dövlətlərində,
Türkiyə və
MDB-nin üzvü olan bəzi ölkələrdə qəbul
edilib. Milli Məclisin Sosial
siyasət daimi komitəsi artıq bu qanun layihəsini
hazırlayıb və
əlaqədar dövlət
orqanlarının müsbət
rəyini alıb.
Spiker Oqtay Əsədov bu təklifə müsbət münasibətini
bildirdi.
Deputat Vahid Əhmədovun təklifi Qubadakı soyqırımı məzarlığına
diqqətin artırılması
ilə bağlı oldu. Burada açıq muzeyin
yaradılmasının vacibliyini
diqqətə çəkən
Vahid Əhmədov bu məqsədlə dövlət tərəfindən
maliyyə vəsaitinin
ayrılmasını məqsədəuyğun
hesab etdi.
Deputatlardan İqbal Ağazadə, Qüdrət Həsənquliyev
və Zahid Oruc Türkiyə-Ermənistan
sərhədlərinin açılmasına
dair son vaxtlar yayılan informasiyalardan narahatlıqlarını ifadə
etdilər. Qeyd olundu ki, Türkiyə-Ermənistan sərhədlərinin
açılması 1991-ci ildən
bəri formalaşmış
siyasətin yeni müstəviyə keçirilməsi
deməkdir. İclasda Milli
Məclis deputatlarından
ibarət nümayəndə
heyətinin Türkiyəyə
səfər etməsi,
orada siyasətçilər,
ictimaiyyət nümayəndələri
ilə görüşlər
keçirmələri təklif
olundu. Həmçinin
təklif edildi ki, Milli Məclis
Sədri Oqtay Əsədov Türkiyə
Böyük Millət
Məclisinin Sədrini
ölkəmizə dəvət
edərək bu məsələdə onu Azərbaycan ictimaiyyətinin
mövqeyi ilə
Bu yaxınlarda
Milli Məclis deputatlarının Türkiyəyə
səfər edəcəyini,
eləcə də Türkiyə Böyük
Millət Məclisinin
müxtəlif siyasi partiyaları təmsil edən deputatlarının
Azərbaycana dəvət
olunacaqlarını deyən
parlamentin Sədri Oqtay Əsədov bildirdi ki, Türkiyə-Ermənistan
sərhədlərinin açılması
heç vaxt Azərbaycanın xeyrinə
ola bilməz. Biz bu istiqamətdə
işləməli və
səylərimizi artırmalıyıq.
Deputat Siyavuş Novruzovun çıxışı Konstitusiyaya
edilmiş əlavə
və dəyişikliklərlə
bağlı oldu. Bildirdi ki,
referenduma kölgə
salmaq istəyənlərin
heç birinin əlində fundamental əsas
yoxdur. Referendum bir daha xalqımızın
həmrəyliyini nümayiş
etdirdi.
Spiker Oqtay Əsədov bu məsələyə münasibət
bildirərək dedi ki, referendum Azərbaycan xalqının iradəsini
bir daha ortaya qoydu. Beynəlxalq müşahidəçilər
də ölkəmizdə
referendumun yüksək
səviyyədə keçirildiyini
bildirdilər.
Sonra gündəlikdəki məsələlərin
müzakirəsi başladı. Milli Məclis "Azərbaycan
Respublikasının Milli
Bankı və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq
İnkişaf Agentliyi
arasında Anlaşma Memorandumu"nu, "Azərbaycan
Respublikası hökuməti
və Yunanıstan Respublikası hökuməti
arasında gəlirlərə
və əmlaka görə vergilərə
münasibətdə ikiqat
vergitutmanın aradan qaldırılması və
vergidən yayınmanın
qarşısının alınması
haqqında" Konvensiyanı,
"Azərbaycan Respublikası
hökuməti və Yunanıstan Respublikası
hökuməti arasında
hava əlaqəsi haqqında" Sazişi təsdiq etdi.
Qısa müzakirələrdən sonra
Azərbaycan Respublikasının
Mülki Məcəlləsinə
və "Əmtəə
nişanları və
coğrafi göstəricilər
haqqında" Qanuna təklif edilən əlavələr və dəyişikliklərə müsbət
münasibət bildirildi.
Daha sonra
"Televiziya və
radio yayımı haqqında"
qanuna əlavələr
və dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası
Qanununun layihəsi haqqında parlamentin Mədəniyyət məsələləri
daimi komitəsinin sədri Nizami Cəfərov məlumat verdi. Zaman keçdikcə
qüvvədə olan
qanuna əlavələr
və dəyişikliklərin
edilməsi zərurətinin
ortaya çıxdığını
vurğulayan deputat bu prosesin həyata
keçirilməsi vacibliyinə
toxundu. Nizami Cəfərov qeyd
etdi ki, "Televiziya və radio yayımı haqqında"
Qanuna 8 dəyişiklik
nəzərdə tutulub.
Bu dəyişikliklərin qanunun 10, 11, 23, 35, 37 və
39-cu maddələrinə edilməsi
nəzərdə tutulur.
Mədəniyyət məsələləri daimi komitəsinin sədri N.Cəfərov bildirdi ki, bu
dəyişikliklər həm
cəmiyyətin maraqlarını,
həm də teleradio-yayım mədəniyyətini
və müasir tele-efir məkanının
inkişafını nəzərə
alır.
Elektron kütləvi informasiya vasitələrinin dünyada
mühüm rol oynamasına toxunan deputat Mübariz Qurbanlı televiziya və radionun inkişafında ölkəmizdə
də mühüm addımların atıldığını
qeyd etdi. Deputat qeyd
etdi ki, Azərbaycanda çoxsaylı
özəl televiziya kanallarının olması
respublikamızda hakimiyyətin,
dövlətin bu sahəyə xüsusi diqqət yetirməsinin göstəricisidir. "Televiziya və radio yayımı haqqında"
Qanuna təklif olunan əlavələr və dəyişikliklər
zəruridir və zamanın tələblərinə
uyğundur. Çünki ölkəmiz bu sahədə müəyyən
təcrübə toplayıb
və vaxtaşırı
qanuna zəruri dəyişikliklərin edilməsinin
vacibliyi ortaya çıxır. Qanuna təklif
edilən dəyişikliklər
televiziyanın müasir
dövrdəki əhəmiyyətli
rolundan irəli gəlir. Dünyanın əksər ölkələrində
televiziyalar üzərində
ictimai nəzarət mövcuddur. Hətta
bir sıra qabaqcıl dövlətlərdəki
televiziya verilişlərinin
yayımında dilin saflığına xüsusi
nəzarət mexanizmi
var. Mübariz Qurbanlı
qanuna nəzərdə
tutulan əlavələrin
və dəyişikliklərin
Azərbaycanda teleməkanın
inkişafına və
radio yayımının təkmilləşməsinə
xidmət etdiyini dedi.
Deputat Zahid Oruc bildirdi
ki, kütləvi informasiya vasitələri Azərbaycan müstəqillik
qazandıqdan sonra sürətlə inkişaf
etməyə başlayıb. Televiziya məkanının
əhəmiyyəti bu
dövrdə daha da artıb. Zahid Oruc teleefirdə gedən bəzi reklamların əxlaqi dəyərlərə zidd
olduğundan bəhs edərək təkliflərini
irəli sürdü.
Deputatın fikrincə, bir
sıra reklam çarxlarında əxlaqi
tələblər kobud
şəkildə pozulur.
Siyavuş Novruzov "Televiziya
və radio yayımı
haqqında" Qanuna əlavələrin və
dəyişikliklərin edilməsinə
tərəfdar olduğunu
deyərək televiziya
kanallarında islahatların
aparılmasının zəruriliyini
qeyd etdi.
Parlamentin Regional məsələlər daimi
komitəsinin sədri
Arif Rəhimzadə Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit
olunduğunu xatırladaraq
xarici teleserialların
doğma dilimizdə yayımına tərəfdar
olduğunu söylədi. Onun fikrincə,
Milli Televiziya və Radio Yayımları
Şurasının bununla
bağlı qərarı
düzgündür və
dövlət siyasətini
təmin edir. Deputat Fəttah Heydərov qanuna nəzərdə tutulan əlavələrin və
dəyişikliklərin mühüm
olduğunu qeyd edərək bu məsələnin ictimaiyyətin
diqqət mərkəzində
olduğunu dedi. Deputat bildirdi ki, kütləvi
informasiya vasitələri
dövlətimizə, müstəqillik
prinsiplərinin möhkəmlənməsinə
xidmət etməlidir.
Deputat Qənirə
Paşayeva, Jalə Əliyeva, Gülər Əhmədova "Televiziya
və radio yayımı
haqqında" Qanuna əlavələrin və
dəyişikliklərin edilməsinin
televiziya kanallarının
və radio yayımının
fəaliyyətinə problem yaratmayacağını bildirdilər.
Qeyd edildi ki, qanunun
bəzi maddələrinə
nəzərdə tutulan
dəyişikliklər vətəndaşların
maraqlarına xidmət
edən yeniliklərdir.
Azərbaycan Milli Televiziya və
Radio Yayımları Şurasının sədri Nuşirəvan
Məhərrəmli qeyd etdi ki, qanuna nəzərdə tutulan əlavələr
və dəyişikliklər Şuranın fəaliyyəti
zamanı rastlaşdığı hallardan sonra zərurət
kimi ortaya çıxıb. Odur ki, qanuna əlavələr və
dəyişikliklərin edilməsi vacibdir. Qanun layihəsi səsə
qoyularaq qəbul edildi.
"Həbs yerlərində
saxlanılan şübhəli və ya təqsirləndirilən
şəxslərin hüquqlarının və
azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun (ikinci oxunuş) layihəsi barədə
məlumat verən Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu daimi komitəsi sədrinin müavini
Rövşən Rzayev bir sıra qurumların müzakirəyə
çıxarılan layihə üzərində uzun müddət
çalışdıqlarını dedi. ATƏT-in Bakı
ofisinin ekspert qrupu qanun layihəsinin təkmilləşdirilməsi
ilə bağlı öz tövsiyələrini verib. Layihədə
bir sıra terminlər dəyişdirilib.
Deputat Elmira Axundova qanun layihəsinin
aktual olduğunu, müfəssəl
hazırlandığını və layihənin məhkum
olunmuş şəxslərin hüquqlarını və eyni
zamanda vəzifələrini müəyyənləşdirdiyini
dedi. Deputat Rafael Cəbrayılov da qanun layihəsinin müasir
dövrdə aktual olduğunu bildirdi. Deputat qeyd etdi ki, birinci
oxunuşdan sonra layihənin üzərində mühüm
işlər aparılıb. Deputat Gövhər Baxşəliyeva
layihədə bütün məsələlərin əhatə
olunduğunu vurğulayaraq qanun layihəsinə müsbət
münasibət bildirdi. İclasda qanun layihəsi səsə
qoyularaq təsdiq edildi.
Azərbaycan.-2009.-4
aprel.-S.2.