Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu
haqqında Nızamnamə
1. Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu (bundan sonra - Fond) "Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi
Konsepsiyası"nın təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il
31 iyul tarixli 2957 nömrəli sərəncamına uyğun
olaraq yaradılmışdır.
1.2. Fond kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin həyata keçirilməsini təmin edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.
1.3. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını və bu nizamnaməni rəhbər tutur.
1.4. Fond öz fəaliyyətində müstəqildir, bu nizamnamədə nəzərdə tutulmuş vəzifə və funksiyalarını yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət, yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, yerli, xarici və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.
1.5. Fond öz fəaliyyətini qanunçuluq, şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət və hesabatlılıq prinsipləri əsasında qurur.
1.6. Fond tərəfindən kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin həyata keçirilməsi beynəlxalq təşkilatlar da daxil olmaqla, digər şəxslər tərəfindən kütləvi informasiya vasitələrinə yardım göstərilməsini məhdudlaşdırmır.
1.7. Fond
müstəqil balansa, xəzinə hesabına, qanunvericiliyə
uyğun sərəncamında olan dövlət əmlakına,
üzərində Azərbaycan Respublikasının Dövlət
gerbinin təsviri və öz adı olan möhürə,
müvafiq ştamp və blanklara malikdir.
1.8. Fond Bakı şəhərində yerləşir.
2. Fondun əsas məqsədi
və vəzifələri
2.1. Fondun əsas məqsədi Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri (bundan sonra - layihələr) və digər tədbirləri maliyyələşdirməkdir.
2.2. Fondun əsas vəzifələri aşağıdakılardır:
2.2.1. fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
2.2.2. kütləvi informasiya vasitələrinin inkişafına maliyyə təminatı yaratmaq üçün tədbirlər görmək;
2.2.3. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın (bundan sonra - Konsepsiya) məqsədlərinə və prioritet istiqamətlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək;
2.2.4 kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artırılmasına, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirmək;
2.2.5. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərlə çıxış etmək;
2.2.6 fikir, söz və məlumat azadlığı sahəsində araşdırmalar aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə tədbirlər həyata keçirmək;
2.2.7. öz fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat vermək;
2.2.8. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3. Fondun funksiyaları
3.1. Fond bu nizamnamə ilə
müəyyən olunmuş vəzifələrinə uyğun
olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
3.1.1. kütləvi informasiya vasitələrinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilmiş, həmçinin Konsepsiyaya uyğun olaraq dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil edir;
3.1.2. ictimai-siyasi hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, jurnalistlərin peşəkarlığının artırılmasına, kütləvi informasiya vasitələrində peşə (etik) davranışı qaydalarına riayət edilməsinə, beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya və telekommunikasiya texnologiyalarının tətbiqinə və vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görür;
3.1.3. dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi, dövlət orqanlarının informasiya məsələləri üzrə vəzifəli şəxsinin və ya struktur bölməsinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirir;
3.1.4. kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı təhlillər aparır, ictimai rəyin öyrənilməsini təşkil edir;
3.1.5. Konsepsiyaya müvafiq olaraq kütləvi informasiya vasitələrinin inkişafına metodiki, təşkilati-texniki, konsultativ, müsabiqəli və müsabiqəsiz maliyyə və digər formalarda dövlət dəstəyinin göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirir;
3.1.6. kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə müsabiqələrin keçirilməsi qaydalarını müəyyən edir;
3.1.7. maliyyə yardımından istifadə etmək üçün kütləvi informasiya vasitələrinə bərabər şərait və imkanlar yaradılmasını təmin edir;
3.1.8. layihələrin həyata keçirilməsi üçün Fondun vəsaitinin xərclənməsi istiqamətlərini müəyyən edir, bununla əlaqədar zəruri tədbirləri həyata keçirir;
3.1.9. layihələrin həyata keçirilməsi məqsədi ilə müsabiqələri təşkil edir və bununla bağlı:
3.1.9.1. elanlar verir;
3.1.9.2. layihələr üzrə vəsaitin miqdarını müəyyənləşdirir;
3.1.9.3. layihələrin təqdim olunma formalarını, müddətlərini və zəruri sənədlərin siyahısını müəyyən edir;
3.1.9.4. təqdim olunmuş layihələri qiymətləndirir;
3.1.9.5. layihələri məqbul hesab edilən kütləvi informasiya vasitələrinin nümayəndələri ilə şifahi müsahibə keçirir;
3.1.9.6. müsabiqədə qalib gəlmiş layihələri müəyyənləşdirir və müvafiq qərar qəbul edir;
3.1.9.7. müsabiqənin qalibi ilə vəsaitin istifadəsi şərtləri haqqında müqavilə bağlayır;
3.1.9.8. müsabiqəni
baş tutmamış elan edir;
3.1.9.9. müsabiqənin
nəticələri barədə məlumatları
açıqlayır.
3.1.10. Azərbaycan
Respublikasının dövlət büdcəsində kütləvi
informasiya vasitələrinin inkişafına maliyyə
yardımının göstərilməsi və Fondun
saxlanılması üçün nəzərdə
tutulmuş vəsaitin bölgüsünün təsdiq edilməsi
ilə bağlı Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi ilə razılaşdırılmış təkliflərini
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
edir;
3.1.11. layihələrin
həyata keçirilməsi ilə bağlı kütləvi
informasiya vasitələrinin hesabatlarını nəzərdən
keçirir və qiymətləndirmə aparır;
3.1.12. layihələrin
həyata keçirilməsi sahəsində kütləvi
informasiya vasitələrinin fəaliyyətinə mane olan
problemlərin həllinə dair təkliflərini dövlət
və yerli özünüidarəetmə orqanlarına,
hüquqi və fiziki şəxslərə təqdim edir;
3.1.13. sosial
reklamların kütləvi informasiya vasitələrində
yerləşdirilməsi istiqamətində dövlət
orqanlarına təkliflər verir;
3.1.14. fikir,
söz və məlumat azadlığı sahəsində fəaliyyət
göstərən xarici və beynəlxalq təşkilatlarla əlaqələrin
genişləndirilməsi, xarici təcrübənin öyrənilməsi
və tətbiqi ilə bağlı tədbirlər
görür;
3.1.15. qanunvericiliyə
uyğun olaraq digər funksiyaları həyata keçirir.
4. Fondun hüquqları
4.1. Fondun öz vəzifələrini
həyata keçirmək üçün
aşağıdakı hüquqları vardır:
4.1.1. fikir,
söz və məlumat azadlığı, plüralizmin təmin
edilməsi, kütləvi informasiya vasitələrinin
inkişafı ilə bağlı təkliflər hazırlamaq
və Azərbaycan Respublikasının Prezidentinə təqdim
etmək;
4.1.2. öz
vəzifə və funksiyalarının yerinə yetirilməsi
üçün zəruri olan məlumatları və sənədləri
dövlət və yerli özünüidarəetmə
orqanlarından, hüquqi və fiziki şəxslərdən
müvafiq qaydada sorğu vermək yolu ilə əldə etmək;
4.1.3. kütləvi
informasiya vasitələrində peşə (etik)
davranış qaydalarına riayət edilməsi üzrə
araşdırmalar aparmaq, onların nəticələrini dərc
etmək və bu istiqamətdə tövsiyələr
hazırlamaq;
4.1.4. kütləvi
informasiya vasitələrində peşə (etik)
davranış məsələləri ilə bağlı
kütləvi informasiya vasitələri, jurnalist təşkilatları
və müstəqil ekspertlərlə əməkdaşlıq
etmək;
4.1.5. fikir,
söz, məlumat azadlığı, plüralizmin təmin
edilməsi, kütləvi informasiya vasitələrinin müstəqilliyinin
inkişaf etdirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı təkliflərinin ictimai müzakirəsini
təşkil etmək, konfranslar, simpoziumlar, forumlar və digər
tədbirlər keçirmək;
4.1.6. xarici
ölkələrdə müvafiq funksiyaları yerinə yetirən
dövlət qurumları, qeyri-hökumət və digər təşkilatlarla
əməkdaşlıq əlaqələri qurmaq, informasiya
mübadiləsi aparmaq;
4.1.7. Azərbaycan
Respublikasında fəaliyyət göstərən kütləvi
informasiya vasitələri haqqında informasiya bankını
formalaşdırmaq;
4.1.8. qanunvericilikdə
müəyyən olunmuş qaydada mətbu nəşrlər təsis
etmək, xüsusi bülletenlər və digər nəşrlər
buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;
4.1.9. layihələr
üzrə kütləvi informasiya vasitələri tərəfindən
müqavilə şərtlərinin pozulması və
sui-istifadə halları aşkar edildikdə, bu halların
aradan qaldırılması ilə bağlı müqavilə
tərəfinə və zəruri hallarda müvafiq tədbirlərin
görülməsi üçün aidiyyəti orqanlara
müraciət etmək;
4.1.10. layihələr
üzrə müqavilə şərtlərini pozan kütləvi
informasiya vasitələrini 2 ilədək müddətə
belə layihələrdə iştirakdan məhrum etmək;
4.1.11. qanunvericiliklə
müəyyən edilmiş digər hüquqları həyata
keçirmək.
5. Fondun vəsaitinin formalaşdırılması və
istifadəsi
5.1. Fondun vəsaiti
aşağıdakı mənbələr hesabına
formalaşdırıla bilər:
5.1.1. Azərbaycan
Respublikasının dövlət büdcəsindən
ayırmalar;
5.1.2. hüquqi
və fiziki şəxslər tərəfindən
könüllü verilən ianələr;
5.1.3. müxtəlif
tədbirlərin təşkilindən əldə edilən gəlirlər;
5.1.4. xarici
dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən
verilən qrantlar və digər ayırmalar;
5.1.5. qanunvericilikdə
qadağan olunmayan digər mənbələr.
5.2. Fondun vəsaiti və sərəncamında
olan əmlak onun idarəetmə orqanları üzvlərinin və
əməkdaşlarının şəxsi maraqlarına
uyğun istifadə edilə bilməz.
5.3. Fond sərəncamında
olan vəsaitdən Konsepsiyada əks olunmuş məqsədlərə
və bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun istifadə edir.
6. Fondun idarə edilməsi və fəaliyyətinin təşkili
6.1. Fondun fəaliyyətinə
ümumi nəzarət Fondun Müşahidə Şurası
(bundan sonra - Şura) tərəfindən həyata keçirilir.
6.2. Şura, üç
üzvü kütləvi informasiya vasitələrini,
üç üzvü jurnalist təşkilatlarını,
üç üzvü müvafiq dövlət
orqanlarını təmsil edən, doqquz üzvdən ibarət
tərkibdə formalaşdırılır.
6.3. Şura üzvləri Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təyin
edilirlər.
6.4. Ali təhsilli, kütləvi
informasiya vasitələri ilə iş sahəsində təcrübəsi
olan şəxslər Şuraya üzv təyin edilə bilərlər.
6.5. İkili vətəndaşlığı
olan, Azərbaycan Respublikasının vətəndaşı
olmayan, başqa dövlətlər qarşısında öhdəliyi
olan, ağır cinayətlərə görə məhkum
edilmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə
tərəfindən təsdiq edilmiş şəxslər
Şuranın üzvü ola bilməzlər.
6.6. Şura üzvlərinin
səlahiyyət müddəti dörd ildir. Eyni şəxs
ardıcıl olaraq iki dəfədən artıq
Şuranın üzvü ola bilməz.
6.7. Azərbaycan
Mətbuat Şurası doqquz nəfəri kütləvi
informasiya vasitələrindən, doqquz nəfəri jurnalist təşkilatlarından
olmaqla, Şuranın üzvlüyünə on səkkiz namizəd
irəli sürür. Həmin şəxslərdən altı nəfəri
bu Nizamnamənin 6.3-cü bəndinə uyğun olaraq
Şuraya üzv təyin edilir.
6.8. Şuranın üzvləri
Fondun digər orqanlarında təmsil oluna bilməzlər.
6.9. Şuranın üzvləri
ictimai əsaslarla fəaliyyət göstərirlər.
6.10. Şuranın
iclasları rübdə bir dəfədən az
olmayaraq keçirilir. Şuranın növbədənkənar
iclasları Şura üzvlərinin yarıdan çoxunun və
ya Fondun İcraçı direktorunun təşəbbüsü
ilə keçirilə bilər. Şuranın
iclasları üzvlərinin yarıdan çoxu iştirak
etdikdə səlahiyyətli sayılır. Şuranın qərarları açıq səsvermə
yolu ilə iclasda iştirak edən Şura üzvlərinin sadə
səs çoxluğu ilə qəbul edilir.
6.11. Şuranın sədri və
sədr müavini Şuranın iclasında Şuranın
üzvləri tərəfindən Şuranın üzvləri
sırasından seçilir.
6.12. Şura:
6.12.1. Fondun cari fəaliyyəti
ilə bağlı məsələləri müzakirə
edir, onun fəaliyyətinin təkmilləşdirilməsinə
yönəldilmiş təkliflər hazırlayır və Azərbaycan
Respublikasının Prezidentinə təqdim edir;
6.12.2. Fondun fəaliyyətinin
Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğunluğuna, vəsaitinin formalaşmasına və xərclənməsinə
ümumi nəzarəti həyata keçirir;
6.12.3. Fonda əlavə vəsait
cəlb edilməsinin strategiyasını hazırlayır və
həyata keçirilməsinə nəzarət edir;
6.12.4. Konsepsiyaya uyğun
layihələrin həyata keçirilməsi məqsədi ilə
dövlət dəstəyinin yönəldilməsi daha məqsədəuyğun
hesab edilən sahələr barədə təkliflərini
Fondun İcraçı direktoruna təqdim edir;
6.12.5. kütləvi
informasiya vasitələrinin layihələrinin qiymətləndirilməsi
məqsədi ilə aidiyyəti dövlət
orqanlarının, kütləvi informasiya vasitələrinin
nümayəndələrindən və digər mütəxəssislərdən
ibarət ekspert komissiyası yaradır;
6.12.6. Fondun
İcraçı direktorunun təqdimatına əsasən
Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə,
onun illik xərclər smetasının layihəsinə və
balansına baxır;
6.12.7. Fondun vəsaitindən
istifadə edilməsi ilə bağlı Fondun
İcraçı direktorunun illik hesabatlarına baxır və
rəy verir;
6.12.8. səlahiyyətləri
çərçivəsində digər vəzifələri
həyata keçirir.
6.13. Şura üzvləri
aşağıdakı hüquqlara malikdirlər:
6.13.1. Şuranın səlahiyyətlərinə
aid məsələlərin həllində iştirak etmək;
6.13.2. Şuranın
iclasının gündəliyi və baxılması nəzərdə
tutulmuş materiallarla əvvəlcədən
6.13.3. Şurada qəbul ediləcək
qərarlara dair fikir söyləmək;
6.13.4. Şuranın səlahiyyətlərinə
aid məsələlərə Şuranın iclaslarında
baxılması barədə təkliflər vermək;
6.13.5. Şuranın qərarları,
iclaslarının protokolları və digər sənədləri
ilə
6.14. Şura üzvləri:
6.14.1. Şuranın
iclaslarında baxılan məsələlərə qərəzsiz
yanaşmalı;
Ardı
4-cü səh.
Əvvəli 3-cü səh.
6.14.2. Şuranın
iclaslarını üzrsüz səbəbdən
buraxmamalı;
6.14.3. Şura
üzvünün adına xələl gətirə
biləcək hərəkətlərə və
çıxışlara yol verməməli;
6.14.4. Şurada baxılan məsələlər
haqqında qərar qəbul edilənədək məsələnin
mahiyyətinə dair ictimaiyyət qarşısında fikir
söyləməməlidirlər.
6.15. Şuranın sədri:
6.15.1. Şuranın işini
təşkil edir;
6.15.2. Şuranın
iclaslarının gündəliyini müəyyənləşdirir,
iclaslarını çağırır və iclaslarında sədrlik
edir;
6.15.3. Şuranın fəaliyyətinin
təşkili ilə bağlı digər tədbirləri həyata
keçirir.
6.16. Şura sədrinin
müavini Şura sədri tərəfindən ona həvalə
edilmiş vəzifələri yerinə yetirir, Şura sədri
vəzifələrini icra edə bilmədikdə onun səlahiyyətlərini
həyata keçirir.
6.17. Şuranın hər bir
üzvü Şuranın iclasında baxılan məsələlər
üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə
əsas verə bilən hallar olduqda, Şuranı məlumatlandırmalı
və qərarların qəbul edilməsində iştirak etməməlidir.
Belə əsaslar
olduqda, Şuranın üzvünə yazılı və ya
şifahi formada əsaslandırılmış etiraz edilə
bilər.
6.18. Şura
üzvünün səlahiyyətlərinə
aşağıdakı hallarda Şuranın qərarı ilə
vaxtından əvvəl xitam verilə bilər:
6.18.1. öz
arzusu ilə Şura üzvlüyündən çıxmaq
barədə yazılı ərizə verdikdə;
6.18.2. Şura
üzvünün bu nizamnamədə nəzərdə tutulmuş
tələblərə uyğun gəlmədiyi aşkar
edildikdə;
6.18.3. səhhətinə
görə vəzifələrini altı aydan artıq yerinə
yetirə bilmədikdə;
6.18.4. ardıcıl
olaraq 4 dəfə üzrsüz səbəbdən
Şuranın iclaslarında iştirak etmədikdə;
6.18.5. fəaliyyət
qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti
məhkəmə tərəfindən müəyyən
edildikdə;
6.18.6. barəsində
cinayət işinə bəraətverici əsaslar olmadan xitam
verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə
minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin
tətbiqinə dair məhkəmə qərarı olduqda;
6.18.7. Şura
üzvünün adına ləkə gətirən
hərəkətlərə yol verdikdə.
6.19. Səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilmiş Şura
üzvünün yerinə yeni üzv onun səlahiyyət
müddətinin qalmış hissəsinə bu nizamnamədə
nəzərdə tutulmuş qaydada təyin edilir.
6.20. Fondun fəaliyyətinə
rəhbərlik Fondun İcraçı direktoru (bundan sonra -
İcraçı direktor) tərəfindən həyata
keçirilir.
6.21. İcraçı
direktor Azərbaycan Respublikasının Prezidenti tərəfindən
dörd il müddətinə vəzifəyə
təyin edilir.
6.22. İcraçı
direktorun aylıq vəzifə maaşı Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilir.
6.23. İcraçı
direktor:
6.23.1. Fondun cari fəaliyyətinə
rəhbərlik edir və Fondu təmsil edir;
6.23.2. Fondun strukturunu təsdiq
edir;
6.23.3. Fondun illik fəaliyyət
planını Şura ilə razılaşdırmaqla təsdiq
edir;
6.23.4. Fondun maliyyə vəsaiti
də daxil olmaqla əmlakını idarə edir, Fond
adından mövcud qanunvericiliyin tələbləri gözlənilməklə
müqavilələr bağlayır, səlahiyyətləri
çərçivəsində əmrlər, sərəncamlar
və göstərişlər verir, onların icrasına nəzarəti
həyata keçirir;
6.23.5. işçiləri
müqavilə əsasında işə qəbul edir, işdən
azad edir, onlar barəsində qanunvericilikdə nəzərdə
tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi
tədbirləri tətbiq edir;
6.23.6. Fondun daxili intizam
qaydalarını, əməkdaşların davranış
kodeksini təsdiq edir;
6.23.7. Fondun xərclər
smetasının layihəsini, vəsaitinin istifadə edilməsinin
əsas istiqamətlərinə dair təklifləri
hazırlayır və baxılmaq üçün Şuraya təqdim
edir;
6.23.8. kütləvi
informasiya vasitələrinin inkişafına maliyyə
yardımının ayrılmasını, layihələrin
qiymətləndirilməsini, bununla əlaqədar müvafiq
müqavilələrin bağlanmasını təşkil edir;
6.23.9. Fond tərəfindən
maliyyələşdirilən layihələrin və digər
tədbirlərin icra vəziyyətinə nəzarəti həyata
keçirir;
6.23.10. Fondun vəsaitinin
istifadə olunması vəziyyəti barədə illik hesabat
hazırlayır, Şuranın müvafiq rəyi ilə birlikdə
Azərbaycan Respublikasının Prezidentinə təqdim edir və
rəsmi dövlət nəşrində dərc etdirir;
6.23.11. auditin
keçirilməsi üçün zəruri şəraitin
yaradılmasını təmin edir;
6.23.12. zəruri
hallarda aidiyyəti dövlət orqanlarının, kütləvi
informasiya vasitələrinin və jurnalist təşkilatlarının
nümayəndələrini Şuranın iclaslarına dəvət
edir;
6.23.13. Fondun
kargüzarlıq işlərini təşkil edir;
6.23.14. öz
səlahiyyətləri daxilində Şuranın qəbul
etdiyi qərarların icrası ilə əlaqədar
müvafiq tədbirlər görür;
6.23.15. Şuranın
iclaslarında qəbul olunmuş qərarlar haqqında ictimaiyyəti
məlumatlandırır;
6.23.16. Fondun illik fəaliyyətini
əks etdirən materialların mətbuatda dərc edilməsini
təmin edir;
6.23.17. mövcud
qanunvericiliyə və bu Nizamnaməyə müvafiq olaraq digər
səlahiyyətləri həyata keçirir.
6.24. Fondun saxlanılması
xərcləri dövlət büdcəsindən maliyyələşdirilir.
7. Fondun yenidən təşkili və ləğvi
7.1. Fondun yenidən təşkili
və ləğv edilməsi Azərbaycan Respublikasının
Prezidenti tərəfindən həyata keçirilir.
7.2. Fond ləğv edildikdə
əmlakının bölgüsü ilə bağlı məsələlər
qanunvericilikdə müəyyən olunmuş qaydada həll
edilir.
Azərbaycan.-2009.- 4 aprel.-S.3-4.