Beynəlxalq Elm Olimpiadasının prezidenti Masno Gintinq Heydər Əliyev Fondunda olmuşdur

 

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasının prezidenti Masno Gintinqin başçılıq etdiyi nümayəndə heyəti aprelin 3-də Heydər Əliyev Fondunda olmuşdur.

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun fəaliyyəti haqqında məlumat verildi. Ulu öndərin şəxsi arxivindən götürülmüş onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar, sənədlər, tanınmış siyasi xadimlərin bəxş etdikləri hədiyyələr, ümummilli lider haqqında kitablar qonaqlarda xoş təəssürat oyatdı.

Bildirildi ki, fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

Nümayəndə heyətinin rəhbəri fondun Xatirə kitabına ürək sözlərini yazdı.

Qonağa fondun nəşr etdirdiyi Ermənistan silahlı qüvvələrinin vəhşiliklərindən bəhs edən "Qarabağ həqiqətləri" toplusunun nüsxələri təqdim olundu.

 

 

Azərbaycan.-2009.-4 aprel.-S.5.