Nəzdində Heydər Əliyev adına Sosial Elmlər İnstitutunun uğurla fəaliyyət göstərdiyi
Ukrayna Regionlararası
Heyəti İdarəetmə
Akademiyasının iyirmi
yaşı qeyd edilib
Ukraynanın ən böyük qeyri-hökumət
ali məktəbi
sayılan Regionlararası
Heyəti İdarəetmə
Akademiyası (RHİA) aprelin
3-də 20-ci ildönümünü qeyd etmişdir. Nəzdində Heydər Əliyev adına Sosial Elmlər İnstitutunun uğurla fəaliyyət göstərdiyi
bu təhsil ocağında dünyanın
24 ölkəsindən, o cümlədən
Azərbaycandan 50 mindən
yuxarı tələbə
və aspirant təhsil
alır.
Akademiyanın akt salonunda Ukrayna
isteblişmentinin, Kiyevdə
akkreditə olunmuş
diplomatik korpusun nümayəndələri, tanınmış
elm və mədəniyyət
xadimləri, ictimaiyyətin
nümayəndələri toplaşmışdılar.
RHİA-nın prezidenti, professor Georgi Şyokin yubiley tədbirini giriş nitqi ilə açmışdır.
Sonra Azərbaycanın Ukraynadakı
səfiri Tələt
Əliyev şanlı
yubiley münasibətilə
akademiyanın prezidenti
G.Şyokini, rektorluğu,
professor-müəllim və
tələbə heyətini
diplomatik korpus adından təbrik edərək onlara gələcək işlərində
uğurlar və tərəqqi arzulamışdır. Diplomat vurğulamışdır
ki, ulu öndər
Heydər Əliyev adına Sosial
Elmlər İnstitutu akademiyanın nəzdində
açılmış ilk təsisatlardan
biri olmuşdur.
Ukrayna və Azərbaycan arasında ali məktəblərarası
əlaqələrin inkişafına
və möhkəmlənməsinə
verdiyi şəxsi töhfəyə görə
səfir Tələt Əliyev RHİA-nın fəxri fərmanı ilə təltif olunmuşdur.
Zeynal Ağazadə,
AzərTAc-ın xüsusi müxbiri
Kiyev
Azərbaycan.-2009.-4 aprel.-S.5.