Naxçıvan Dövlət Universitetində
ATƏT-in seminarları keçiriləcəkdir
Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatının
(ATƏT) Bakı Ofisinin
rəhbəri vəzifəsini
icra edən Aleksis Şahtaxtinski və qurumun nümayəndələri Naxçıvan
Dövlət Universitetində
olmuşlar. Görüş razılaşdırılmış
layihələrin detallarını
müzakirə etmək
məqsədilə təşkil
olunmuşdur. Universitet kampusunu
gəzən, Tibb fakültəsində və
xəstəxanada, olimpiya
tipli idman kompleksində, konservatoriyada
olan, İncəsənət
fakültəsinin tələbələrinin
konsert proqramını
dinləyən qonaqlar
rektor, akademik İsa Həbibbəyli ilə görüşmüşlər.
Akademik, Milli Məclisin deputatı İsa Həbibbəyli rəhbərlik etdiyi ali məktəbin
beynəlxalq təşkilatlarla
əməkdaşlığa böyük əhəmiyyət
verdiyini, Avropa Şurasının "Tempus", BMT-nin distant təhsillə bağlı proqramlarında,
eləcə də
NATO-nun iki layihəsində
iştirak etdiyini qeyd etmişdir. Rektor dünya elminin və təhsilinin, müasir texnologiyanın ən son nailiyyətlərinin tətbiqində
maraqlı olan universitetin ATƏT-in həyata
keçirdiyi proqramları
dəstəklədiyini bildirərək
bu təşkilatın
müşahidəçilərinin NDU-da gerçəkləşdirdikləri
"Yaşıl paket"
proqramının qlobal
ekoloji problemlərin öyrənilməsi baxımından
dəyərli olduğunu
xatırlatmışdır.
Aleksis Şahtaxtinski ATƏT-in üç
yönümdə - siyasi
və hərbi, iqtisadi və ekoloji, insani istiqamətlərdə dünya
dövlətləri ilə
tərəfdaşlıq həyata
keçirdiyini bildirmişdir. Heyət rəhbəri
ATƏT-in sırf maarifçilik
xarakterli layihələr
- beynəlxalq hüquq,
biznes və marketinqin əsasları mövzularında universitetdə
keçiriləcək seminarlar
haqqında ətraflı
məlumat vermişdir.
Universitetdəki təhsil
səviyyəsindən və
tədris prosesindən
məmnunluq ifadə edən Şahtaxtinski burada gender tarazlığının
qorunmasından - professor-müəllim
heyəti və tələbələr arasında
qadınların böyük
əksəriyyət təşkil
etməsindən razılıqla
danışmışdır.
ATƏT-in Bakı
Ofisinin İqtisadi və Ətraf Mühit Məsələləri
üzrə məsul işçisi Robert Zahn regionlarda biznes mühitinin inkişaf etdirilməsi, makroiqtisadi sabitlik yaradılması baxımından Beynəlxalq
Maliyyə Korporasiyasının
həyata keçirdiyi
layihələrin böyük
əhəmiyyət daşıdığını
qeyd etmiş, universitetdə keçiriləcək
seminarda iqtisadçı
alim və tələbələrlə yanaşı,
İqtisadi İnkişaf
Nazirliyinin və vergi orqanlarının, digər dövlət qurumlarının nümayəndələrinin
iştirak etməsini təklif etmişdir.
ATƏT-in Bakı
Ofisinin Məhkəmə-hüquq
təlimi üzrə mütəxəssisi Fiorentina
Azizi məhkəmə
hüququnun tədrisi,
Vergilər Kollegiyasına
namizədlərin hazırlanması
istiqamətində Məhkəmə-Hüquq
Şurasının gördüyü
işlərdən danışmışdır.
NDU-dakı hüquq
klinikasının fəaliyyətini
təqdirəlayiq hesab
edən xanım Fiorentina Azizi burada hüquq resurs mərkəzinin yaradılmasını təklif
etmiş, beynəlxlq hüquq mövzusunda keçiriləcək seminarın
əhəmiyyətindən bəhs etmişdir.
Görüşdə birgə həyata keçiriləcək layihələrlə
bağlı təşkilati
məsələlər müzakirə
olunmuşdur. Akademik İsa Həbibbəyli
Azərbaycan tarixi şəcərə cəmiyyətinin
həqiqi üzvü
Musa Quliyevlə birgə
tərtib etdiyi, Azərbaycan tarixində böyük rol oynamış Şahtaxtinskilərin
nəsil şəcərəsini
və digər hədiyyələri bu nəslin davamçısı
Aleksis Şahtaxtinskiyə
təqdim etmişdir.
Mehriban Sultan,
NDU-nun mətbuat
şöbəsinin müdiri
Azərbaycan.-2009.-4 aprel.-S.7.