"İpək
yolu" beynəlxalq turniri başa çatdı
Bakıda boks üzrə II Beynəlxalq "İpək
yolu" yarışı
başa çatmışdır.
Turnirdə 11 çəki dərəcəsində
Azərbaycanla yanaşı,
Rusiya, Türkiyə, Bolqarıstan, İran, Gürcüstan və Qazaxıstandan 99 idmançı
mübarizə aparmışdır.
Sevindirici haldır ki, ölkəmizi təmsil etmiş bütün boksçular yarışlarda
böyük əzmkarlıq
və ustalıq nümayiş etdirmişlər. Nəticədə 7 boksçumuz turnirin qalibi olmuşdur. Həlledici görüşlərdə
48 kq çəki dərəcəsində Elvin Məmişzadə
qazaxıstanlı Adlet
Kəpəzovu (14:12), Nihat
Seyidov (51 kq) digər qazaxıstanlı
Anuarbek Bayjanovu (9:3), Rəhim Nəcəfov (54 kq) Samir Məmmədovu
(11:9), Ruslan Qasımov
(60 kq) qazaxıstanlı
Yerjan Musafirovu (8:5), Ramal Amanov (64 kq) Sadiq Eynullayevi
(6:4), Emil Məhərrəmov (69 kq) Türkiyə boksçusu Sipal Öndəri, Elçin Əlizadə (91 kq) qazaxıstanlı Vasili Leviti 5:4 hesabı ilə məğlubiyyət
uğradaraq qızıl
medala layiq görülmüşlər.
Digər çəki dərəcələrində
Denislam Şabanov (Rusiya, 57 kq), Adilbek Niyazumbetov (Qazaxıstan, 75 kq), Ramazan Maqomedov (Bolqarıstan, 81 kq) və qazaxıstanlı İvan Diçko (91 kq-dan yuxarı) yarışların qalibi olmuşlar.
Finalda məğlub olmuş Samir Məmmədov (54 kq), Sadiq Eynullayev
(64 kq), Rahib Bəylərov (75 kq), Hafiz
İsgəndərov (81 kq)
və Asim İsgəndərov (91 kq-dan
yuxarı) gümüş
medala sahib çıxmışlar.
Digər boksçularımız Aslan
Tlatov (57 kq), Emin Məmmədov (60 kq), Rəhman Mustafaoğlu (69 kq), Qərib Orucov (81 kq) və Azər
Məmmədov (91 kq) bürünc medallar qazanmışlar.
Azərbaycan.-2009.-4 aprel.-S.8.