Bakı şəhərində Nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin inzibati binasının təməli qoyulmuşdur

 

 Aprelin 6-da Bakı şəhərində Nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin inzibati binasının təməli qoyulmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı İlham Əliyevin Koreya Respublikasına rəsmi səfəri zamanı əldə olunan razılaşmaya əsasən, 2007-ci ilin aprelində Azərbaycan Nəqliyyat Nazirliyi ilə Cənubi Koreyanın Tikinti Nəqliyyat Nazirliyi arasında intellektual nəqliyyat sistemi sahəsində əməkdaşlığa dair Anlaşma memorandumu imzalanmışdır. 2008-ci ilin mayında isə Nəqliyyat Nazirliyi Koreya Respublikasının "SK C & C Co.Ltd." şirkəti Bakı şəhərində Nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin (İNS) yaradılması haqqında satınalma müqaviləsi bağlamışdır. Həmin sənədlərə əsasən, şirkət İNS-in layihəsini hazırlayaraq, Azərbaycan tərəfinə təqdim etmişdir. Müasir texnologiyanın ən son nailiyyətlərinin tətbiqi nəzərdə tutulan İNS vasitəsilə paytaxtda Abşeron yarımadasının bir hissəsində avtonəqliyyat vasitələrinin, o cümlədən marşrut xətlərində avtobusların, taksilərin hərəkətinin idarə olunmasına nəzarət, tıxacların aradan qaldırılmasına yardım digər məsələlər həyata keçiriləcəkdir.

Prezident İlham Əliyev əvvəlcə inzibati binanın maketinə baxdı. Sonra dövlətimizin başçısına binanın layihəsi haqqında ətraflı məlumat verildi. Bildirildi ki, tikinti sahəsi 2500 kvadratmetr olacaq beşmərtəbəli binada qəbul, mühafizə, avadanlığı idarəetmə, elektrik təchizatı, UPS, nəqliyyat əməliyyatlarına nəzarət, server, serverləri idarəetmə, təlim konfrans, media yayım otaqları yeməkxana yerləşəcəkdir. İnşaat işlərində Yaponiya, Belçika, İtaliya Türkiyədə istehsal olunmuş müxtəlif növ tikinti materiallarından istifadə olunacaqdır. Tikinti-quraşdırma işlərinin gələn ilin mayında yekunlaşması nəzərdə tutulur.

Prezident İlham Əliyevə İNS-in funksiyaları haqqında da ətraflı məlumat verildi. Bildirildi ki, layihənin əsas funksiyalarına ictimai nəqliyyatı idarəetmə sistemi, tıxacların qarşısının alınması, nəqliyyatın hərəkəti üzrə məlumat mənbələri, elektron kart ödəmə sisteminin, elektron naviqasiya sisteminin tətbiqi, parklamanın, fövqəladə hallar zamanı şəhər nəqliyyatının idarə olunmasının təşkili, nəqliyyatın hərəkəti üzrə informasiyanın yığılması, təhlili, məlumatların ötürülməsi göstərişlərin verilməsi sistemi daxildir.

İlkin mərhələdə Bakı şəhərini əhatə edəcək İNS-in gələcəkdə Abşeron yarımadası, daha sonra respublikanın digər regionları istiqamətində genişləndirilməsi məqsədi ilə Xırdalan, Binəqədi qəsəbəsi, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Zığ Lökbatan dairələrində komutasiya çıxışlarının yaradılması planlaşdırılır. Bu sistemin məlumatları həm TV, həm radionun imkanlarından istifadə olunmaqla yayımlanacaqdır. Bunun üçün ayrıca radiokanal telekanal tezlikləri alınması nəzərdə tutulur. Həmçinin, mobil telefonlar vasitəsilə şəhərin küçələrində nəqliyyatın hərəkət vəziyyətini öyrənmək mümkün olacaqdır.

Dövlətimizin başçısı nəqliyyatın axını barədə məlumatı əks etdirəcək tablonun seqmenti, avtobus dayanacaqlarındakı informasiya terminalı avtobusların daxilində quraşdırılacaq CPS qəbuledicisinin nümunələri ilə tanış oldu.

Bildirildi ki, birinci mərhələsi 2011-ci ilin aprelinədək həyata keçirilməsi nəzərdə tutulan layihənin ilkin dəyəri 76,5 milyon ABŞ dollarına bərabərdir. Azərbaycanda tətbiq ediləcək İNS istifadə olunacaq texnologiyaların texniki vasitələrin müasirliyi baxımından Koreya Respublikasındakı sistemləri üstələyəcəkdir.

Prezident İlham Əliyev gilizi təmələ qoydu beton qarışığı tökdü.

Yeni yaradılacaq sistemin paytaxtın nəqliyyat sahəsindəki problemlərinin aradan qaldırılmasına müsbət təsir edəcəyini bildirən dövlətimizin başçısı tikinti ilə əlaqədar tapşırıq tövsiyələrini verdi, inşaatçılara uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-7 aprel.-S.1.