Prezident İlham Əliyev paytaxtın müxtəlif yerlərində yolötürücü, körpü-tunel yeraltı piyada keçidlərinin açılışında iştirak etmişdir

 

 Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da paytaxtın müxtəlif yerlərində yolötürücü, körpü-tunel əsaslı şəkildə yenidən qurulmuş yeraltı piyada keçidlərinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən tunel tipli yolötürücünün açılışına gəldi.

Prezident İlham Əliyev açılışı bildirən qırmızı lenti kəsdi ötürücü ilə yaxından tanış oldu.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, ötürücünün inşasına ötən ilin iyulunda başlanmışdır. Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin sifarişi əsasında "Sanur holdinq" şirkətinin inşa etdiyi ötürücünün uzunluğu 300 poqonometr, qapalı hissəsinin uzunluğu 67 poqonometr, hündürlüyü 5,05 metr, eni 10 metrdir. Əks istiqamətli iki hərəkət zolağının ümumi eni isə 9,2 metrdir.

Tikinti zamanı yerli, habelə İtaliya, İspaniya, Türkiyə Hindistandan gətirilmiş materiallardan istifadə olunmuşdur. Yağış qrunt sularının axıdılması üçün drenaj xətləri çəkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmış, sağda solda yardımcı yollar da salınmışdır.

Ötürücü Ağa Nemətulla küçəsinin bu hissəsində nəqliyyat vasitələrinin Heydər Əliyev prospekti ilə kəsişmədən hərəkətini davam etdirmələrinə imkan yaradır.

 

* * *

 Prezident İlham Əliyev sonra paytaxtın Heydər Əliyev prospektindəki dəmiryol körpüsünün yanındakı ikinci yardımçı körpü-tunelin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi körpü-tunellə tanış oldu.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, bir istiqamətli, hər birinin eni 3,5 metr olan iki hərəkət zolaqlı körpü-tunelin eni 7 metr, ümumi uzunluğu 400 metr, qapalı hissənin uzunluğu 88 metrdir. Səkilərlə birlikdə tunelin eni 8 metrə çatır. İşlərin qızğın vaxtında tikintidə 400-450 nəfər çalışmışdır. Burada əsasən milli memarlıq elementlərindən istifadə olunmuşdur.

Heydər Əliyev prospektində aparılmış yenidənqurma işlərindən sonra yol 12 zolaqlı olmuşdu. Amma prospektin məhz bu hissəsində yolun 6 zolaqlı olması çətinliklər yaradırdı. Həmin ərazidə iki yardımçı körpü-tunelin istifadəyə verilməsi ilə bu çətinliklər tamamilə aradan qaldırılmışdır.

 

* * *

 Prezident İlham Əliyevin açılışında iştirak etdiyi növbəti obyekt paytaxtın Heydər Əliyev prospektində əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş yeraltı piyada keçidi idi.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi tədbirləri çərçivəsində əsaslı şəkildə yenidən qurulmuş piyada keçidində görülmüş işlər barədə məlumat verdi. Bildirildi ki, paytaxtda nəqliyyatın hərəkətinin sıx olduğu ərazidə yerləşən bu keçid yararsız vəziyyətdə idi piyadalar buradan çox az istifadə edirdilər. Bu isə nəqliyyatın piyadaların təhlükəsiz hərəkəti üçün qorxu törədirdi.

Yenidənqurma təmir işlərini Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin sifarişi ilə "Sanur holdinq" şirkəti həyata keçirmişdir. Dörd çıxışı olan keçiddə çıxışların hər birinin üstü sınmayan şüşə ilə örtülmüşdür. Uzunluğu 57,5 metr, eni 6 metr, hündürlüyü isə 2,2 metr olan keçidin pilləkənlərində əlil arabaları üçün panduslar da vardır. Keçiddə istifadə olunan mərmər İtaliya, İspaniya, Türkiyə Hindistandan gətirilmişdir. Müasir işıqlandırma sistemi hava qaralanda avtomatik olaraq işə düşür.

 

* * *

 Prezident İlham Əliyev həmin gün Heydər Əliyev adına İdman-Konsert Kompleksinin qarşısındakı yeraltı piyada keçidində aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur.

Nəqliyyatın hərəkətinin sıx olduğu ərazidəki keçiddə yenidənqurma işlərinə "Sanur holdinq" şirkəti ötən ilin oktyabrında başlamışdı. Burada 100-ə yaxın işçi çalışmışdır.

Uzunluğu 120 metr, eni 4 metr olan keçidin girişlərində ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevin idmanla bağlı fikirləri, Olimpiya oyunlarının emblemi əksini tapmışdır. Keçidin divarlarını isə idmanla bağlı təsvirlər bəzəyir.

Bu yeraltı keçiddə əlil arabaları üçün panduslar düzəldilmişdir. Prezident İlham Əliyev əlil insanların hərəkətinin asanlaşdırılması üçün bunun əhəmiyyətini vurğuladı, ümumiyyətlə, yeraltı keçiddə görülən işləri yüksək qiymətləndirdi.

 

* * *

 Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da paytaxtın mərkəzində - Azərbaycan prospektində, Daxili İşlər Nazirliyinin binası qarşısında yenidən qurulmuş yeraltı piyada keçidi ilə tanış olmuşdur.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verərək bildirdi ki, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi tədbirləri çərçivəsində bu yeraltı keçiddə təmir yenidənqurma işlərinə dörd ay əvvəl başlanmışdı. "Sanur holdinq" şirkəti yenidənqurma işlərini ən müasir səviyyədə başa çatdırmışdır.

Uzunluğu 28 metr olan keçidin divarları, döşəməsi, işıq sistemi tamamilə yeniləşdirilmişdir. Dörd giriş-çıxışı olan keçiddə yenidənqurma işləri zamanı yerli xarici materiallardan istifadə olunmuş, xidməti otaqda yeni ventilyasiya sistemi quraşdırılmışdır. Keçidin pilləkənlərində əlil arabaları üçün panduslar da düzəldilmişdir.

Dövlətimizin başçısı yeraltı keçidi gəzdi burada görülmüş işlərdən razılığını bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-7 aprel.-S.2.