İtaliya Respublikasının Prezidenti
zati-aliləri cənab
Ciorcio Napolitanoya
Hörmətli cənab
Prezident!
Ölkənizdə baş vermiş güclü zəlzələ
nəticəsində çoxsaylı
insan tələfatı
və dağıntılar
barədə xəbər
bizi son dərəcə
kədərləndirdi.
Bu ağır anlarda dərdinizə şərik
çıxır, Sizə,
həlak olanların ailələrinə və
yaxın adamlarına,
bütün İtaliya
xalqına şəxsən
öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir,
yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 aprel 2009-cu il
Azərbaycan.-2009.-7 aprel.-S.3.