İKT-nin Gənclər Forumunun mədəniyyətlərarası sivilizasiyalararası dialoq məsələləri üzrə baş əlaqələndiricisi Leyla Əliyeva BMT-nin gənclər məşvərət şurasına üzv seçilmişdir

 

Aprelin 6-da Türkiyə hökumətinin ev sahibliyi ilə İstanbulda BMT-nin Sivilizasiyaların Alyansı təşəbbüsünün İkinci Dünya Forumu başlamışdır. Tədbirdə İslam Konfransı Təşkilatı Dialoq Əməkdaşlıq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası sivilizasiyalararası dialoq məsələləri üzrə baş əlaqələndiricisi Leyla Əliyeva da iştirak edir.

Sivilizasiyaların Alyansı 2005-ci ildə Türkiyə İspaniya baş nazirlərinin birgə təşəbbüsü BMT-nin himayədarlığı ilə təsis edilmişdir. 2008-ci ilin yanvarında Sivilizasiyaların Alyansı üzrə Birinci Forum Madriddə keçirilmişdir.

Əvvəlki gün - aprelin 5- burada gənclər konfransı keçirilmişdir. Konfransda Leyla Əliyeva Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyra Ərdoğan iştirak etmişlər.

Xatırladaq ki, İstanbul Gənclər konfransı 2007-ci ilin noyabrında Bakıda elan edilmiş "Gənclər Sivilizasiyaların İttifaqı Uğrunda" beynəlxalq hərəkatının dünyada tanınması məqsədi ilə aparılan fəaliyyətin məntiqi nəticəsidir. Bakı konfransından keçən müddətdə Dialoq Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın rəhbərliyi ilə görülən məqsədyönlü işlər hərəkatın BMT, Avropa Şurası, nüfuzlu beynəlxalq regional gənclər təşkilatları tərəfindən tanınması üçün əsas yaratmışdır. Bundan əlavə, Bakıda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təqdimatı keçirilmiş "Gənclər Sivilizasiyaların İttifaqı Uğrunda" beynəlxalq hərəkatın BMT-nin rəsmi platforması kimi təsis edilməsi nəzərdə tutulmuşdur.

İstanbul konfransında İKT Gənclər Forumu tərəfindən BMT-nin Gənclər Məşvərət Şurasına üzvlüyə Leyla Əliyevanın namizədliyi irəli sürülmüşdür.

Daha sonra konfrans iştirakçıları işçi qruplarında müzakirələri davam etdirmişlər. Media ilə bağlı işçi qrupunun iclasında BMT-nin yüksək səviyyəli proqramlarında Sivilizasiyaların Alyansına dair istiqamətlər, xüsusilə, media sahəsində mövzular müzakirə olunmuşdur. Leyla Əliyeva bu məsələlərin gənclərin bir araya gəlməsində mühüm vasitə olduğunu bildirmiş, onların həm BMT-nin Sivilizasiyaların Alyansı təşəbbüsünün İkinci Dünya Forumunda iştirak edəcək dünya liderləri üçün hazırlanacaq təkliflər paketinə daxil olunmasının zəruriliyini vurğulamışdır. O demişdir ki, Sivilizasiyaların Alyansı baxımından mediada təbliğat işi qurulmalı, daha çox keyfiyyətli kadr hazırlığına şərait yaradılmalı, bütün bunlara nail olmaq üçün isə medianın inkişafı diqqətdə saxlanılmalıdır. Bundan əlavə, mediada irqi, dini milli ayrı-seçkilik halları aradan qaldırılmalı, dünya mediasının Sivilizasiyaların Alyansının işində fəal iştirakı təmin olunmalıdır.

Daha sonra İstanbul Gənclər konfransının geniş yekun iclası olmuşdur. 75 ölkənin gənc liderlərinin təmsil olunduğu iclasda Leyla Əliyevanın İslam Konfransı Gənclər Forumu tərəfindən BMT-nin Gənclər Məşvərət Şurasına üzv seçilməsi yekdilliklə dəstəklənmişdir.

Leyla Əliyeva BMT-nin Sivilizasiyaların Alyansı qlobal hərəkatının birinci toplantısının Bakıda keçirilməsini təklif etmiş bu təklif qəbul olunmuşdur.

Leyla Əliyeva çıxışında demişdir:

- İslam Konfransı Təşkilatının Gənclər Forumu gənclərin qlobal hərəkatının yaranması ideyasını dəstəkləyib bununla bağlı Bakıda keçirilən mötəbər tədbir qlobal mədəniyyətlərarası dialoqun gənc fəallarını bir araya gətirmək üçün mühüm vasitə olmuşdur. Bakı Bəyannaməsinə əsasən, bu yüksək səviyyəli konfransın tərəfdaşlarına bu ideyanı qlobal səviyyəyə çatdırmaq, beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq hərəkatın yaranması haqqında düşünmək tapşırılmışdır. Bu qərardan sonra İslam Konfransı Təşkilatının Dialoq Əməkdaşlıq Uğrunda Gənclər Forumu məni mədəniyyətlərarası dialoq məsələləri üzrə baş əlaqələndirici vəzifəsinə təyin etmişdir. İlk addım Madrid forumu zamanı Sivilizasiyaların Alyansı uğrunda ideyanın təqdimatı olmuşdur. Bu, çox gözəl şəxsi təcrübə idi qlobal hərəkatın yaranması üçün gənc iştirakçıların güclü dəstəyini nümayiş etdirmişdir. Madrid forumundan sonra biz regionun digər platformaları ilə birgə, əsas beynəlxalq təşkilatların dəstəyinə ehtiyacı olan hərəkatın ideyasını hazırladıq müəyyən etdik.

Leyla Əliyeva bildirmişdir ki, gənclərin qlobal hərəkatı beynəlxalq münasibətlərdə Sivilizasiyalararası Alyansda gənclərin üzləşdikləri bütün çağırışlara fəal münasibət bildirməlidir. Bizim səsimiz hörmət tolerantlıq mesajını daşımalı, aydın güclü olmalıdır.

Leyla Əliyeva daha sonra demişdir:

- Mühüm məsələ odur ki, bizim qərar planlarımız yalnız kağız üzərində qalmasın, konkret layihələrin həyata keçirilməsi üçün, o cümlədən bu tədbirin Sivilizasiyaların Alyansının baxışlarında real, dayanıqlı praktik bir alət olsun. Gənc insanlar kimi biz ittifaqın bütün seqmentlərinə ehtiyac olduğunu göstərməliyik ki, dediklərimizlə işlərimiz üst-üstə düşsün. Hesab edirəm ki, dərhal həyata keçirilməli olduğumuz vəzifə hərəkatın geniş heyətini maarifləndirmək qlobal təsirə malik olan layihənin icrasına diqqəti cəlb etməkdir. Eyni zamanda, təklif edərdim ki, sivilizasiyalar ittifaqı naminə gənclər toplantısı növbəti il ərzində diqqəti həm gənclərin səfərbər olunmasına, həm dayanıqlı, uzunmüddətli fəaliyyət planının hazırlanmasına yönəltsin.

Daha sonra çıxış edən BMT-nin Sivilizasiyaların Alyansı gənclər proqramının əlaqələndiricisi İzabella Leqare bildirmişdir ki, tədbirdə iştirak edən 75 ölkənin 100 gənc lideri dünya gənclərinin bir-birini daha yaxından tanımaları üçün Gənclər Məşvərət Şurası çərçivəsində müxtəlif layihələr həyata keçirəcəklər. Onların qəbul edəcəyi qərarlar BMT-nin Sivilizasiyaların Alyansı təşəbbüsünün İkinci Dünya Forumunda dünya liderlərinə çatdırılacaqdır.

Konfransda Portuqaliyanın keçmiş prezidenti Jorje Sampayu, Türkiyə Baş nazirinin müşaviri Əli Sarıqaya, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov digər şəxslər iştirak etmişlər.

Aprelin 5-də Çırağan sarayında Türkiyənin xarici işlər naziri Əli Babacanın adından konfrans iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil olunmuşdur. Leyla Əliyeva mərasimdə iştirak etmişdir.

Daha sonra Çırağan sarayında "Türkiyəyə güvənin" fotosərgisinin açılışı olmuşdur. Türkiyənin bütün mədəniyyətlərə açıq olduğunu göstərmək məqsədi ilə təşkil olunmuş sərgidə müxtəlif illərdə Türkiyəyə sığınan, bu ölkə ilə yaxşı əlaqələri olan məşhur insanların, siyasətçilərin, elm adamlarının fotoları məktubları nümayiş etdirilir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-7 aprel.-S.3.