Milli Təhlükəsizlik Nazirliyində görüşlər

 

Milli təhlükəsizlik naziri Eldar Mahmudov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubileyi tədbirlərində iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan İtaliya Daxili Kəşfiyyat Təhlükəsizlik Agentliyinin baş direktoru, prefekt Ciorcio Piççirillo ilə görüşmüşdür.

Milli Təhlükəsizlik Nazirliyi ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, qonaqları səmimi salamlayan nazir Eldar Mahmudov regionda gedən proseslər, reallıqlar meydana çıxan müxtəlif növ təhdidlər, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ondan irəli gələn fəsadlar barədə danışmışdır. Eldar Mahmudov beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürləri ilə əlaqədar yeni təhdidlərə qarşı Milli Təhlükəsizlik Nazirliyində həyata keçirilən adekvat tədbirlər onların konkret nəticələri barədə qonağa məlumat vermişdir.

Ciorcio Piççirillo 90 illik yubiley münasibətilə bir daha təbriklərini çatdırmış, göstərilən yüksək qonaqpərvərliyə, geniş dolğun məlumata görə təşəkkürünü bildirmişdir. Qonaq respublikamıza ilk səfərindən xoş təəssürat aldığını, Azərbaycanın İtaliyanın təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktual məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını qeyd etmiş səfərinin ölkələrimizin, eləcə müvafiq strukturlar arasındakı əlaqələrin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsi aparılmış, təhlükəsizlik işinin səmərəli təmin olunması baxımından təcrübə məlumat mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

 

* * *

Milli təhlükəsizlik naziri Eldar Mahmudov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubileyi tədbirlərində iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan İtaliya Xarici Kəşfiyyat Təhlükəsizlik Agentliyinin baş direktoru, vitse-admiral Bruno Brançiforte ilə görüşmüşdür.

Nazir Eldar Mahmudov qonaqlara ölkəmizdə milli təhlükəsizlik sahəsində qəbul edilmiş qanunvericilik aktları, aparılan müvafiq islahatlar barədə məlumat vermiş, regionda əməliyyat şəraitinə təsir edən proseslər, meydana çıxan müxtəlif növ təhlükələr təhdidlər barədə danışmışdır.

Milli təhlükəsizlik naziri transmilli mütəşəkkil cinayətkarlığın, o cümlədən beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya digər təhlükəli təzahürlərin artmasının bütün dünyada ciddi narahatçılıq doğurduğunu qeyd etmiş, bununla əlaqədar nazirliyin yeni təhdidlərə qarşı həyata keçirdiyi adekvat tədbirlərin konkret nəticələrini qonaqların diqqətinə çatdırmışdır.

Bruno Brançiforte 90 illik yubiley münasibətilə bir daha azərbaycanlı həmkarlarını təbrik etmiş, göstərilən yüksək qonaqpərvərliyə, ətraflı məlumata görə təşəkkürünü bildirmişdir. Qonaq respublikamıza ilk səfərindən xoş təəssürat aldığını, hər iki dövlətin təhlükəsizliyi üçün əhəmiyyət kəsb edən məsələlərə dair aparılan müzakirələrin nəticələrindən razı qaldığını qeyd etmiş, eləcə İtaliya Azərbaycan xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq əlaqələrinin inkişafından məmnun olduğunu bildirmişdir.

İşgüzar qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-7 aprel.-S.3.