Azərbaycan ziyalılarının Türkiyə aydınlarına müraciəti

 

Biz - Azərbaycan ziyalıları Türkiyə Cümhuriyyətinin Orta Şərq Qafqaz regionunda sülhün, mehriban qonşuluğun əmin-amanlığın bərpasına yönəlmiş böyük diplomatik-siyasi səylərini diqqətlə izləyirik. Qafqazda sabitliyin təmin olunması məqsədilə rəsmi Ankaranın xüsusi təkliflər paketi hazırlaması bu cəhətdən ümidlərimizi xeyli artırmışdır.

Lakin reallıq bundan ibarətdir ki, Ermənistan ümumbəşəri dəyərlərin, eləcə sülh, demokratiya, sabitlik regional əməkdaşlıq prinsiplərinin, beynəlxalq hüquq normalarının tam ziddinə olaraq Azərbaycan ərazisinin 20 faizini işğal altına almış, həmin ərazilərdə etnik təmizləmə aparmış, tarixi mədəni abidələri məhv etməklə regionun mədəni simasını dəyişmiş, Qarabağda qeyri-qanuni məskunlaşdırma prosesini həyata keçirmiş, ərazinin təbii sərvətlərini istismar etmiş beynəlxalq nəzarətdən kənarda qalan regionda transmilli cinayətkarlıqlar üçün şərait yaratmışdır.

Ermənistanın hakimiyyəti Türkiyə rəhbərliyinə zahirdə xoş məram ifadə edən vədlər versə , mahiyyət etibarilə bütün Türk dünyasına qarşı özünün şər-böhtan kampaniyasını davam etdirir. Bununla bağlı Türkiyənin hakim dairələrində kifayət qədər məlumatın olduğuna əsla şübhə etmirik. Neçə illərdir ki, Türkiyə məhz bu səbəblərdən Ermənistanla diplomatik əlaqələr yaratmamış sərhədlərin açılmasına hər hansı şəkildə razılıq verməmişdir. Azərbaycan dövləti cəmiyyəti isə qardaş Türkiyə ilə əl-ələ verərək, Qafqazda tarixi ədalətin bərpa olunacağına ciddi surətdə inandığı üçün onun bu etibarı ilə indiyədək fəxr etmişdir.

Bütün bunlarla yanaşı, son vaxtlar Türkiyə hökumətinin Ermənistanla sərhədləri açacağı ilə bağlı kütləvi informasiya vasitələrində aramsız olaraq məlumatların yayılması biz Azərbaycan ziyalılarında haqlı narahatlıq doğurur. Belə bir ehtimalın gerçəkləşə bilməsini türk xalqının milli maraqlarına ümumən Türk dünyasının mənafeyinə büsbütün zidd bir hal kimi dəyərləndiririk. Biz Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının yolverilməz olduğunu bildirir hesab edirik ki, yarandığı dövrdən bəri davamlı şəkildə qonşu dövlətlərin ərazilərinə qarşı iddialar irəli sürən, uzun müddətdir, Azərbaycanın torpaqlarını işğal altında saxlayan oranı tərk etmək fikrindən uzaq olan, siyasi möhtəkirliyə əl ataraq, hətta türk xalqına qarşı qondarma "soyqırımı" iddiaları irəli sürən, PKK terror təşkilatına canlı qüvvə silahla hər cür yardım göstərərək, Türkiyə Cümhuriyyətini daxildən parçalamaq kimi məkrli niyyət güdən Ermənistanla Türkiyə arasında əlaqələrin qurulması, ən nəhayət, on minlərcə türkün qanını axıtması ilə öyünən erməni rejiminə münasibətdə birtərəfli qaydada güzəştli davranış türk millətinin tarixi ənənələrinə mənəvi dəyərlərinə hörmətsizlik olardı. Qətiyyətlə söyləmək olar ki, bu güzəşt Ermənistanın Türkiyəyə qarşı iddialardan geri çəkilməsinə heç bir təsir göstərməyəcək. Eyni zamanda, Türkiyədə hakimiyyətdə olan Ədalət İnkişaf Partiyası tərəfindən bu cür addımın atılması "bir millət - iki dövlət" prinsipi ilə ifadə edilən doğma münasibətlərə mənfi təsir göstərə bilər.

Biz - Azərbaycan ziyalıları ərazi ekspansiyasını dövlət siyasətinin tərkib hissəsinə çevirmiş Ermənistanla sərhədlərin açılmasına münasibətlərin yaradılmasına qəti etiraz edir, bu cəhdləri türk xalqının iradəsinin ziddinə atılmış addım Türkiyə ilə tarixi qardaşlıq münasibətlərinə ciddi zərbə kimi qiymətləndiririk. Biz dil, din mədəni dəyərlər baxımından son dərəcə yaxınlığı ilə seçilən, tarixən olduğutək bu gün Azərbaycanla eyni mövqedə dayanan Türkiyəni Ermənistanın işğalçılıq siyasətinə münasibətdə indiyə qədər nümayiş etdirdiyi obyektivliyi prinsipiallığı bundan sonra da qoruyub saxlamağa çağırırıq!

Ümidvarıq ki, Türkiyə hökuməti məsələyə həssas diqqətli yanaşacaq, Türk dünyasının ümumi mənafeyinə maraqlarına uyğun addım atacaqdır.

 

 

Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Yazıçılar Birliyi

 

Azərbaycan.-2009.-7 aprel.-S.3.