Azərbaycanlı diplomat Nyu-Meksiko ştatına gəlmişdir
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov
Nyu-Meksiko ştatına
səfər etmişdir. Səfər zamanı
o, ştatın qubernatoru
Bill Riçardson, ştatın
Nümayəndələr Palatasının
sədri Ben Luxan və ştatın paytaxtı Santa
Fe şəhərinin hökumət orqanlarının
nümayəndələri ilə
görüşmüşdür. Qubernator Riçardson
ABŞ-ın energetika
naziri olduğu dövrdə Azərbaycana
səfərini və ölkəmizin rəhbərliyi
ilə səmərəli
görüşlərini səmimiyyətlə
xatırlamışdır. O, enerji nəqli marşrutlarının şaxələndirilməsi
məsələsinə Bakının
düşünülmüş şəkildə yanaşmasını
yüksək qiymətləndirmiş
və qeyd etmişdir ki, ABŞ və regiondakı bütün tərəfdaş
ölkələr Azərbaycanı
bu məsələdə
dəstəkləməkdə davam etməlidirlər.
Xatırladaq ki, prezident Klintonun
administrasiyasında energetika
naziri olmuş Bill Riçardson Bakı-Tbilisi-Ceyhan
əsas neft kəmərinin planlaşdırılmasına
dair danışıqların
fəal iştirakçısı
olmuşdur.
Azərbaycanlı diplomat rəsmi görüşlərdən
əlavə Albukerki şəhərindəki Nyu-Meksiko
Universitetinin müəllimləri
və tələbələri
qarşısında Azərbaycanın
regionda rolu haqqında mühazirə oxumuşdur. Bundan əlavə, Santa Fe şəhərinin
beynəlxalq münasibətlər
şurası ölkəmizin
regional siyasətinə həsr
olunmuş tədbir təşkil etmişdir.
Tədbirdə E.Süleymanov və
Azərbaycan Beynəlxalq
Əməliyyat Şirkətinin
(ABƏŞ) sabiq vitse-prezidenti
Art MakHafi çıxış
etmişlər. MakHafi
90-cı illərdə ümummilli
lider Heydər Əliyev tərəfindən
qəbul edilmiş strateji qərarların bütün regionun inkişafı və inteqrasiyası üçün
əhəmiyyətini vurğulamış,
1994-cü ildə Bakıda
imzalanmış "Əsrin
müqaviləsi"nin
tarixi əhəmiyyətini
qeyd etmişdir.
Şəfəq Akifqizi,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.-2009.-7 aprel.-S.3.