ABŞ Prezidenti
Barak Obama və Türkiyə Prezidenti Abdullah Gül Dağlıq Qarabağ problemini müzakirə etmişlər
Amerika Birləşmiş Ştatlarının
Prezidenti Barak Obama Türkiyəyə
rəsmi səfəri
çərçivəsində aprelin 6-da Ankarada bir sıra görüşlər
keçirmişdir.
Barak Obama Türkiyə Cümhuriyyətinin
banisi Mustafa Kamal Atatürkün məqbərəsini
ziyarət etdikdən sonra Çankaya köşkündə Türkiyə
Prezidenti Abdullah Güllə
görüşmüşdür.
İki saat davam edən görüşdən sonra
keçirilmiş mətbuat
konfransında Prezident
Abdullah Gül bildirmişdir
ki, ABŞ və Türkiyə bir çox məsələlərdə,
o cümlədən Cənubi
Qafqazda sülh və sabitlik məsələsində əməkdaşlıq
etmək niyyətindədir.
Jurnalistlərin qondarma "erməni soyqırımı" ilə
bağlı sualına
cavab verən Barak
Obama isə demişdir
ki, onun bu məsələ ilə bağlı seçkiqabağı sözləri
məlumdur və onu dəyişdirmək fikrində deyildir. O, Türkiyə
və Ermənistan arasında danışıqlar
prosesini yüksək qiymətləndirdiyini söyləmiş
və ümidvar olduğunu bildirmişdir ki, danışıqlar tezliklə öz nəticəsini verəcəkdir.
Barak Obama əlavə etmişdir ki, ABŞ Prezidenti kimi danışıqlar prosesinin
zərər çəkməməsinə
çalışır.
Barak Obama Türkiyə parlamentində
də çıxış
edəcək, Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcəkdir.
Oqtay Bayramov,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.-2009.-7 aprel.-S.4.