Avropa çempionatında
böyük uğurlar
qazanmış Azərbaycan
güləşçiləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təntənə ilə qarşılanmışlar
Vilnüsdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə
Avropa çempionatında
iştirak etmiş Azərbaycan idmançıları
aprelin 6-da vətənə
qayıtmışlar. Heydər
Əliyev adına
Beynəlxalq Hava Limanında güləşçilərimizi
onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri,
paytaxt sakinləri böyük təntənə
ilə, gül-çiçəklə,
musiqi sədaları ilə qarşılamışlar.
Sərbəst güləş
üzrə yığma komandamızın böyük məşqçisi
Firdovsi Umudov sevincini jurnalistlərlə
bölüşmüşdür: Komandamız bu yaxınlarda
İranda dünya Kuboku turnirinin qalibi oldu. Avropa
çempionatında biz bu adı qoruyub saxlamağa
çalışdıq. Dünyanın ən
güclü komandalarından olan Rusiya yığmasını
qabaqlayaraq birinci yeri tutduq. Bizim
uğurlarımız bizə yaradılan yüksək şəraitin,
diqqət və qayğının nəticəsidir.
İdmançılarımız
maşın karvanının müşayiəti ilə hava
limanından birbaşa Heydər Əliyev adına
Sarayın qarşısındakı parka gələrək,
müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda
bədən tərbiyəsi və idmanın inkişafına,
gənc nəslin sağlam və vətənpərvərlik
ruhunda böyüməsinə daim böyük diqqət və
qayğı göstərmiş ulu öndərin xatirəsini
ehtiramla anmış, onun abidəsi önünə gül dəstələri
qoymuşlar.
Azərbaycan.-2009.-7 aprel.-S.7.