Bədii gimnastika üzrə Azərbaycan çempionatı başa çatdı
Yarışların ilk günü
1998-1999-cu il təvəllüdlü gimnastların
mübarizəsində Nilufər
Niftəliyeva 39.975 bal toplayaraq
ölkə çempionu
adını qazanmışdır.
Gülsüm Şəfizadə gümüş, Cənnət
Məmmədova bürünc
medala layiq görülmüşlər. Yuniyorların yarışında Ayşə Mustafayeva qalib gəlmişdir (43.7).
Yekaterina
Prokopenko ikinci, Lalə Yusifova üçüncü olmuşlar.
Seniorların mübarizəsində Aliyə
Qarayeva liderliyini bir daha təsdiqləmişdir
(54.325). Növbəti yerləri Anna Qurbanova
və Zeynəb Cavadlı tutmuşlar.
Çempionatın ikinci günü Nilufər Niftəliyeva Azərbaycan Gimnastika Federasiyasının mükafatları
uğrunda turnirin qalibi olmuşdur (60.2). Gülsüm Şəfizadə gümüş
mükafata, Emiliya Bağıyeva isə bürüncə layiq görülmüşlər.
Yuniorların mübarizəsində Ayşə
Mustafayeva (86.95), Yekaterina
Prokopenko və Lalə Yusifova fəxri kürsüyə
qalxmışlar. Seniorların yarışında Aliyə Qarayeva (108.075) birinci, Anna Qurbanova ikinci, Zeynəb Cavadlı isə üçüncü yerə
sahib çıxmışlar.
Çempionatın son günü
aşağıdakı nəticələr
qeydə alınmışdır:
Yuniorlar: İp:
1. Ayşə Mustafayeva
- 21.325; Yekaterina Prokopenko
- 20.95; Lalə Yusifova
- 20.3. Halqa: 1. Ayşə
Mustafayeva - 22.325; Lalə
Yusifova - 21.4; Mənsurə
Bağıyeva - 20.475. Top: 1. Ayşə Mustafayeva -
22.275; Yekaterina Prokopenko
- 21.325; Mənsurə Bağıyeva
- 20.85. Gürzlər: 1. Ayşə
Mustafayeva - 21; Lalə
Yusifova - 20.75; Aynur Cabbarlı - 19.75. Seniorlar:
İp: 1. Aliyə Qarayeva - 26.725; Anna Qurbanova
- 25.5; Zeynəb Cavadlı
- 25.225. Halqa: 1. Anna Qurbanova
- 26.725; Aliyə Qarayeva
- 25.175; Zeynəb Cavadlı
- 25.1. Top: Aliyə Qarayeva
- 27.375; Anna Qurbanova - 26.15; Zeynəb
Cavadlı - 24.3. Lent: 1. Aliyə Qarayeva - 27.025;
Anna Qurbanova - 25.375; Zeynəb
Cavadlı - 24.825.
Beləliklə, Aliyə Qarayeva ölkə çempionatının
son günü 3 qızıl
medal qazanmışdır. O, ip,
top və lentlə yarışların qalibi olmuş, halqa ilə yarışlarda isə gümüş medalla kifayətlənmişdir.
Bu növdə Anna Qurbanova Azərbaycan çempionu olmuşdur.
Yuniorlar arasında yarışlarda
isə Ayşə Mustafayeva bütün növlərdə qələbə
qazanaraq 4 qızıl
medala yiyələnmişdir.
R.Hilaloğlu
Azərbaycan.-2009.-7 aprel.-S.7.