Azərbaycan Prezidenti İlham Əliyev Litvanın xarici işlər naziri Viqaudas Uşatskasın başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aprelin 7-də Litvanın xarici işlər naziri Viqaudas Uşatskasın başçılıq
etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla
Litva arasında ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə
uğurla inkişaf etdiyini vurğuladı. Litvanın xarici
işlər nazirinin Azərbaycana səfərinin
əhəmiyyətinə toxunan
Prezident İlham Əliyev əminliklə bildirdi ki, bu
səfər daim genişlənməkdə olan
ikitərəfli münasibətlərin
daha da möhkəmlənməsinə
öz töhfəsini
verəcəkdir.
Bakıya ilk dəfə səfər etdiyini deyən Viqaudas Uşatskas paytaxtımızın nümayəndə
heyətində xoş
təəssürat doğurduğunu
söylədi. Bakının islam mədəniyyətinin
paytaxtı, Vilnüsün
isə Avropa mədəniyyətinin paytaxtı
olduğunu bildirən
qonaq bunun mədəni əlaqələrimizin
daha da genişlənməsinə
xidmət edəcəyini
vurğuladı.
AzərTAc
Azərbaycan.-2009.-8 aprel.-S.1.