Azərbaycan ilə Bolqarıstan Macarıstan xüsusi xidmət orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunmuşdur

 

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubiley tədbirlərində iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan Bolqarıstan Milli Kəşfiyyat Xidmətinin direktoru general-mayor Kirço Kirovla görüşmüşdür.

Milli Təhlükəsizlik Nazirliyi ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, qonağı səmimi salamlayan nazir Eldar Mahmudov onu Azərbaycanda görməkdən məmnun olduğunu bildirmişdir. Nazir beynəlxalq terrorçuluğa, ekstremizmə mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı görülən işlər barədə danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin doğurduğu, eləcə onun nəticəsində yaranmış nəzarət olunmayan ərazilərin mövcudluğundan irəli gələn fəsadlar barədə ətraflı məlumat vermişdir.

Kirço Kirov 90 illik yubiley münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətini bir daha təbrik etmiş, göstərilən yüksək qonaqpərvərliyə, ətraflı məlumata görə təşəkkürünü bildirmişdir. Qonaq respublikamıza ilk səfərindən xoş təəssüratlar aldığını, Bolqarıstanın Azərbaycanla sıx dostluq əlaqələrinin müvafiq dövlət strukturları arasında əməkdaşlıq münasibətlərinin formalaşmasına xüsusi önəm verdiyini bildirmişdir.

Səmimi qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

 

* * *

Milli təhlükəsizlik naziri Eldar Mahmudov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubiley tədbirlərində iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan Macarıstan Milli Təhlükəsizlik Bürosunun baş direktoru general-mayor Şandor Laborsla görüşmüşdür.

Görüşdə Eldar Mahmudov nazirlikdə həyata keçirilən islahatlar onların səmərəli nəticələri, terrorçuluq, qanunsuz miqrasiya, narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə üzrə görülmüş işlər haqqında məlumat vermişdir. Nazir həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemə toxunaraq ölkəmizin işğal olunmuş ərazilərində baş verən mənfi proseslərin nəinki region, eləcə Avropa dövlətləri üçün ciddi narahatlıq doğurduğunu diqqətə çatdırmışdır.

Şandor Labors 90 illik yubiley münasibətilə azərbaycanlı həmkarlarını bir daha təbrik edərək göstərilən yüksək qonaqpərvərliyə, geniş dolğun məlumata görə təşəkkürünü bildirmişdir. Qonaq respublikamıza ilk səfərindən xoş təəssüratlar aldığını, Macarıstan Azərbaycan, eləcə müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun qaldığını səfərinin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd etmişdir.

Görüşdə təhlükəsizlik işinin səmərəli təmin olunması baxımından təcrübə məlumat mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-8 aprel.-S.2.