Azərbaycan və Litvanın xarici işlər nazirlikləri
arasında siyasi dialoqun gücləndirilməsinə
dair memorandum imzalanmışdır
Aprelin 7-də Bakıda Azərbaycan və Litvanın xarici işlər nazirlikləri arasında siyasi dialoqun gücləndirilməsinə dair
memorandum imzalanmışdır. Memorandumu Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov
və Litvanın xarici siyasət idarəsinin rəhbəri
Viqaudas Uşatskas imzalamışlar.
Sənəddə tərəflər
birgə maraq kəsb edən, regional və beynəlxalq məsələlərlə bağlı
ikitərəfli siyasi
dialoqun və əməkdaşlığın möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq
hüququn prinsiplərinə
uyğun olaraq, xüsusilə suverenlik, ərazi bütövlüyü
və Azərbaycanın
beynəlxalq şəviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığı əsasında
sülh yolu ilə həlli istiqamətində diplomatik
səylərin artırılmasının
vacibliyini təsdiqləmişlər.
Memorandumda Avropa Qonşuluq Siyasəti və "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində
Avropaya inteqrasiya sahəsində qarşılıqlı
əməkdaşlığın gücləndirilməsi, enerji,
nəqliyyat, kənd təsərrüfatı, ətraf
mühit, hüquq-mühafizə,
humanitar sahələrdə,
habelə viza verilməsi məsələsinin
sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi
məsələləri üzrə
əməkdaşlığın təşviqi də qeyd olunmuşdur.
Görüşdə tərəflər iki ölkə arasındakı
münasibətlərin yüksək
səviyyəsindən məmnunluğunu
ifadə edərək
əlaqələrin daha
da möhkəmləndirilməsi
üçün böyük
potensialın olduğunu
vurğulamışlar.
Azərbaycana ilk dəfə səfər etdiyini deyən V.Uşatskas ölkəmizdə
yüksək iqtisadi inkişafın şahidi olduğunu demişdir. İqtisadi sahədə
əlaqələrin daha
da genişləndirilməsinə
ehtiyac olduğunu bildirən qonaq səfər çərçivəsində
Bakıda Litva-Azərbaycan
biznes forumunun keçirilməsinin əhəmiyyətini
vurğulamışdır. Avropanın,
o cümlədən Litvanın
enerji təhlükəsizliyinin
möhkəmləndirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirən
V.Uşatskas, Nabukko,
"Ağ axın"
və Avropanın enerji təchizatına yönəlmiş müxtəlif
layihələrin həyata
keçirilməsinin vacibliyindən
danışmışdır.
Nazir E.Məmmədyarov Azərbaycan
ilə Litva arasında bütün sahələrdə əlaqələrin
genişləndirilməsinin vacibliyini vurğulamış,
istər ikitərəfli,
istərsə də Avropa İttifaqı
(Aİ) çərçivəsində əməkdaşlıq üçün
geniş imkanların mövcudluğunu qeyd etmişdir. Nazir "Şərq tərəfdaşlığı"
təşəbbüsünün iştirakçı dövlətlərlə
Aİ arasında əməkdaşlığın
inkişaf etdirilməsində
mühüm vasitə
olduğunu deyərək
bu təşəbbüs
çərçivəsində Litva ilə Azərbaycan arasında müxtəlif layihələrin
həyata keçirilməsinin
mümkünlüyünü vurğulamışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması
prosesi barədə məlumat verən E.Məmmədyarov Litva tərəfinin münaqişənin
yalnız Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində həll edilməsi mövqeyində dayandığını
yüksək qiymətləndirmişdir.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirmişlər.
Jurnalistlərin suallarını cavablandıran
Litvanın xarici işlər naziri Viqaudas Uşatskas demişdir ki, Azərbaycan Litvanın Cənubi Qafqazda ticarət sahəsində əsas tərəfdaşıdır.
Litva xarici siyasət idarəsinin rəhbəri Azərbaycanla
əməkdaşlığı daha da genişləndirmək
niyyətində olduqlarını
bildirmişdir: "Biz Azərbaycana
yalnız Avropanın enerji təminatçısı
kimi baxmırıq. Azərbaycan həm də regionun siyasi və mədəni mərkəzidir. Buna görə biz ölkələrimiz
arasında siyasi dialoqun daha da
dərinləşməsi üçün
memorandum imzaladıq".
V.Uşatskas Azərbaycanın Aİ-nin
"Şərq tərəfdaşlığı"
proqramında iştirakının
hər iki tərəf üçün
əhəmiyyətini vurğulamışdır.
Litva Xarici Siyasət İdarəsinin
rəhbəri Azərbaycanda
"Litva evi"nin açılmasının
iş adamları və turistlər üçün faydalı
olacağına əminliyini
bildirmişdir.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri
E.Məmmədyarov isə
Litva ilə Azərbaycan arasında əlaqələrin səviyyəsindən
razılığını bildirmişdir. O demişdir ki, bizim Litva
ilə siyasi əlaqələrimiz gündən-günə
genişlənir. Biz qonağı
regionda olan vəziyyətlə
Litvanın xarici işlər naziri E.Məmmədyarova bu il Avropa
mədəniyyətinin paytaxtı
olan Vilnüsün rəmzini hədiyyə etmişdir.
AzərTAc
Azərbaycan.-2009.-8 aprel.-S.2.