Bakıda Azərbaycan-Litva biznes forumu keçirilmişdir

 

Aprelin 7-də "Crown hotel"də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) Litvanın Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycan-Litva biznes forumu keçirilmişdir.

Litvanın xarici işlər naziri Viqaudas Uşatskasın Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən biznes forumunda bu ölkənin dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı məhsullarının emalı, nəqliyyat, mühəndislik, turizm, tikinti digər sahələri təmsil edən müəssisələrdən 20-yə yaxın, Azərbaycan tərəfdən isə müvafiq sahələrdə fəaliyyət göstərən 30-dan çox sahibkar iştirak etmişdir.

Mərasimdə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi islahatlar, müxtəlif sahələrdə həyata keçirilən layihələr, sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlər barədə, son illər Azərbaycanda qazanılmış nailiyyətlər haqqında qonaqlara qısa məlumat vermişdir. Bildirmişdir ki, dünyanın ən nüfuzlu maliyyə institutlarından sayılan Dünya Bankının dərc etdiyi sonuncu hesabata görə, Azərbaycan 181 ölkə arasında 97-ci yerdən 33-cü yerə yüksəlmiş, biznes mühitinin yaxşılaşdırılması üzrə dünyada lider ölkə adını qazanmışdır. Son beş ildə ölkədə 750 mindən çox yeni yeri açılmış, regionlarda 20 mindən artıq müəssisə yaradılmış, yoxsulluğun səviyyəsi isə 46 faizdən 13 faizə düşmüşdür. Nazir müavini Azərbaycan Prezidentinin sərəncamları ilə yeni sahələrin, o cümlədən xarici investorlar üçün xüsusilə cəlbedici olan metallurgiya, kimya, energetika, maşınqayırma, nəqliyyat, rabitə digər sahələrdə fəaliyyət göstərən şirkətlərin özəlləşdirməyə açılmasının xarici investisiya axınına güclü təkan verdiyini söyləmişdir.

Ölkədə yaradılmış əlverişli biznes mühiti özəl bölmənin inkişafı sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılmış bildirilmişdir ki, sahibkarlara güzəştli kreditlərin verilməsi, "bir pəncərə" prinsipinin tətbiqi s. bu sahənin genişlənməsinə, investisiyaların həçminin artmasına səbəb olmuşdur.

Azərbaycan ilə Litva arasında iqtisadi əlaqələrdən danışan N.Səfərov ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin 26,3 milyon ABŞ dolları təşkil etdiyini, lakin bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar olduğunu diqqətə çatdırmışdır.

Litvanın xarici işlər naziri Viqaudas Uşatskas qarşılıqlı səfərlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafında əhəmiyyətli olduğunu söyləmiş, Azərbaycandakı sürətli iqtisadi inkişafı yüksək qiymətləndirmişdir. O, ölkəsinin Azərbaycan ilə iqtisadi, siyasi, mədəni digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirmişdir. Qonaq, həmçinin, Vilnüsdə keçirilmiş Avropa çempionatında Azərbaycan güləşçilərinin qazandıqları uğurlardan məmnunluğunu diqqətə çatdırmışdır.

Tədbirdə AzPROMO-nun prezidenti Rəhim Hüseynov Azərbaycan iqtisadiyyatı, həmçinin xarici adamları üçün yaradılmış imkan perspektivlər barədə, Litva Xarici İşlər Nazirliyi departamentinin direktoru Petras Şimelyunas ölkəsinin iqtisadi potensialı biznes imkanları haqqında məlumat vermişlər.

Forumun rəsmi hissəsindən sonra Azərbaycan Litva adamları arasında keçirilmiş görüşlərdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

 

 

Azərbaycan.-2009.-8 aprel.-S.2.