Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Prezident Abdullah Gülə müraciət etmişdir

 

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası məsələ ilə əlaqədar Türkiyə Prezidenti Abdullah Gülə müraciət etmişdir.

Azərbaycan Türkiyənin tarix boyu yaşadığı eyni kədər sevinclərin qeyd olunduğu müraciətdə deyilir ki, Çanaqqala Geliboluda Azərbaycandan qardaş yardımına gələn igidlərlə Anadolu qəhrəmanları yan-yana uyuyurlar. Eyni zamanda, ötən əsrin əvvəlində Azərbaycana köməyə gəlmiş Nuru Paşanın rəhbərik etdiyi türk ordusu hissələrinin Bakının azadlığı uğrunda döyüşlərdə həlak olmuş əsgərləri Azərbaycan paytaxtının ən uca nöqtəsində uyuyurlar.

XX əsrin 90-ci illərində yenidən müstəqilliyinə qovuşan Azərbaycan bütün beynəlxalq təzyiqlərə məhəl qoymadan Türkiyə ilə öz mənfəətini birləşdirərək Baki-Tbilisi-Ceyhan neft Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşdırılmasına nail olmuşdur. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisi davam edir.

Sənəddə o da qeyd edilir ki, "Bir millət iki dövlət" fəlsəfəsini məhz Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev ilk dəfə dilə gətirib ümummilli lider türk dünyasına verdiyi töhfələrlə bu ifadəyə əbədiyaşarlıq haqqı qazandırmışdır.

Sənəddə deyilir ki, Azərbaycan torpaqları öz coğrafi imkanları, zəngin yeraltı yerüstü sərvətləri ilə həmişə maraq həsəd hədəfi olub. Ölkəmizin imkanlarından sərvətlərindən heç vaxt gözünü çəkə bilməyən ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş qətliamlar, soyqırımları, terrorlar törədiblər. Qarabağ münaqişəsi zamanı on minlərlə soydaşımız həyatını itirmiş ya vəhşicəsinə qətlə yetirilmişdir, bir milyonadək insan hələ ata-baba yurduna həsrətlə baxır. İşğal edilmiş torpaqlar Azərbaycana qaytarılmadan heç bir yara sağalmaz heç bir problem həll edilə bilməz.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının Prezident Abdullah Gülə müraciəti bu fikirlərlə bitir: "Həm Türkiyə, həm Azərbaycan dövlətinin öz xalqını qorumaq müdafiə etmək kimi tarixi bir məsuliyyəti var. Türkiyə tarixin onun üzərinə qoyduğu bu mühüm məsuliyyəti bugünədək yerinə yetirib, indi yerinə yetirəcəkdir. Türkiyə Cümhuriyyətinin vətəndaşları olaraq buna heç bir şübhəmiz yoxdur. Azərbaycan tək deyildir. Heç birimizin Azərbaycan xalqının inamını sevgisini itirmək haqqı yoxdur".

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-8 aprel.-S.3.