Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Cənubi
Qafqaz üzrə xüsusi nümayəndəsi
Piter Semnebinin başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aprelin 8-də Avropa İttifaqı Şurasının
Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq
etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Piter Semnebi Avropa İttifaqının
xarici siyasət və təhlükəsizlik
üzrə ali
komissarı Xavyer Solanonun salamlarını dövlətimizin başçısına
çatdırdı. O, ölkəmizdə
keçirdiyi görüşlər
barədə Prezident İlham Əliyevə məlumat verdi,
Azərbaycanla Avropa İttifaqı arasında sıx əlaqələrin
olduğunu bildirdi.
Dövlətimizin başçısı ölkəmizlə
Avropa İttifaqı arasında genişlənən
əlaqələrin bundan
sonra da möhkəmlənəcəyinə əminliyini vurğuladı. Prezident
İlham Əliyev Avropa İttifaqının
xarici siyasət və təhlükəsizlik
üzrə ali
komissarı Xavyer Solanonun salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Avropa İttifaqının
xarici siyasət və təhlükəsizlik
üzrə ali komissarına çatdırmağı
xahiş etdi.
AzərTAc
Azərbaycan.-2009.-9 aprel.-S.1.