Prezidentin mətbuat xidmətinin məlumatı

 

Aprelin 7- Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Səmimi söhbət zamanı prezidentlər Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə etmişlər. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, energetika sahəsində əməkdaşlıq regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etmişlər.

ABŞ Prezidenti Türkiyə-Ermənistan münasibətləri ilə bağlı ABŞ dövlətinin atdığı addımlar barədə danışmışdır. Azərbaycan Prezidenti bu məsələ ilə əlaqədar Azərbaycan dövlətinin mövqeyini Prezident Obamaya çatdırmışdır.

Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2009.-9 aprel.-S.1.