Slovakiya Respublikasının Prezidenti zati-aliləri cənab İvan Qaşparoviçə

 

Hörmətli cənab Prezident!

Slovakiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Biz Azərbaycan ilə Slovakiya arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, dostluq əməkdaşlığımızın möhkəmləndirilməsi, əlaqələrimizin əhatə dairəsinin genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Fürsətdən istifadə edərək Sizinlə görüşmək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün münasib bildiyiniz vaxtda Sizi ölkəmizə səfərə dəvət edirəm.

Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 aprel 2009-cu il

 

Azərbaycan.-2009.-9 aprel.-S.1.