"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanına əlavələr dəyişikliklər edilməsi barədə

 

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 3, maddə 239; 2008-ci il, ¹ 1, maddə 4, ¹ 3, maddə 168, ¹ 8, maddə 722, ¹ 11, maddə 970; 2009-cu il, ¹ 1, maddə 11) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə" aşağıdakı əlavələr dəyişikliklər edilsin:

1.1. 1-ci bənddə "həyata keçirən" sözlərindən sonra ", hüquq-mühafizə orqanı statusu olan" sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 8.3-1-ci bənd əlavə edilsin:

"8.3-1. hüquq-mühafizə fəaliyyətini həyata keçirir;";

1.3. 9.16- bənddə "tədbirlər görmək" sözlərindən sonra ", zəruri hallarda miqrasiya sahəsində qanunvericiliyi pozmuş əcnəbiləri vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada tutmaq" sözləri əlavə edilsin;

1.4. 9.17-ci bənddə "çıxarılması " sözləri "çıxarılması barədə qərar qəbul etmək onun icrasını təmin etmək, habelə" sözləri ilə əvəz edilsin;

1.5. 13-cü bənddən "dövlət qulluğu haqqında" sözləri çıxarılsın;

1.6. aşağıdakı məzmunda 16.12-1-ci 16.12-2-ci bəndlər əlavə edilsin:

"16.12-1. Dövlət Miqrasiya Xidmətinə işə qəbulun müsabiqə şəffaflıq əsasında həyata keçirilməsi məsələsini həll edir;

16.12-2. Dövlət Miqrasiya Xidmətinin işçilərinə xüsusi rütbələr ixtisas dərəcələri verir, ali xüsusi rütbələr verilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;".

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçmə haqqında Əsasnamə layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2009-cu il

 

Azərbaycan.-2009.-9 aprel.-S.1.