"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanına əlavələr dəyişikliklər edilməsi barədə

 

1. "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹12, maddə 1224) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə"yə aşağıdakı əlavələr dəyişikliklər edilsin:

1.1. 2.3.11-ci bənddə "qaydada" sözündən sonra "hüquqi şəxslər yaratmaq", sözləri əlavə edilsin;

1.2. 4.2.7-ci bənd 4.2.11-ci bənd hesab edilsin, aşağıdakı məzmunda 4.2.7-4.2.10-cu bəndlər əlavə edilsin:

"4.2.7. hüquqi şəxslərin yaradılması ləğvi barədə şuraya təklifləri təqdim edir;

4.2.8. şuranın iclaslarında baxılacaq müvafiq sənədlərin, o cümlədən təqdim olunan layihələrin öyrənilməsi qiymətləndirilməsi, onlara dair müqavilələrin hazırlanması məqsədi ilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən qeyri-hökumət təşkilatlarının mütəxəssislərindən ibarət ekspert qruplarının yaradılması onların tərkibi barədə Şuraya təklifləri təqdim edir;

4.2.9. öz səlahiyyətləri daxilində Katibliyin işinin təşkili ilə bağlı əmr sərəncamlar verir;

4.2.10. katibliyin icraçı direktorunun baş mühasibinin vəzifəyə təyin vəzifədən azad olunması barədə şuraya təklifləri təqdim edir;";

1.3. 4.7-ci bəndə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

"Katib iclasda iştirak etmədikdə, şuranın qərarı ilə onun funksiyasını şura üzvlərindən biri həyata keçirir.";

1.4. 4.8.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

"4.8.4. ekspert qruplarının fəaliyyətini təmin edir;";

1.5. 4.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

"4.9. Katibliyin fəaliyyətinə rəhbərliyi icraçı direktor həyata keçirir. Katibliyin icraçı direktoru:

4.9.1. Katibliyin fəaliyyətini təşkil edir;

4.9.2. öz səlahiyyətləri daxilində şuranın qəbul etdiyi qərarların və şura sədrinin əmr və sərəncamlarının icrasını təşkil edir;

4.9.3. Katibliyin işçilərini şura sədrinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq edir.".

2. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2009-cu il

 

Azərbaycan.-2009.-9 aprel.-S.1.