Azərbaycan Respublikasının ərazisində müvəqqəti daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya nümunələrinin təsdiq edilməsi haqqında

 

1. "Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təsviri, spesifikasiyası nümunəsi təsdiq edilsin;

1.2. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin təsviri, spesifikasiyası nümunəsi təsdiq edilsin;

1.3. Əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsviri, spesifikasiyası nümunəsi təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 1 ay müddətində:

2.1. bu fərmanın 1-ci bəndində göstərilən sənədlərin blanklarının qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu fərmanın 1-ci bəndində göstərilən sənədlərin verilməsi üçün alınan dövlət rüsumunun məbləğlərinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu fərmanın 1-ci bəndində göstərilən sənədlərin blanklarının ciddi hesabat sənədi kimi ucotu qaydalarını müəyyən etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2009-cu il

 

Azərbaycan.-2009.-9 aprel.-S.1.