Azərbaycan-NATO əlaqələri uğurla inkişaf edir

 

"Böyük iyirmilər"ə daxil olan dövlətlərin London görüşünün ardınca dünyanın diqqətini cəlb edən daha bir önəmli hadisə NATO-nun 60 illiyinə həsr olunmuş sammit oldu. Sammit Almaniyanın Köln Fransanın Strasburq şəhərlərində keçirilib. Sammit zamanı NATO-nun üzləşdiyi ümumi strateji məsələlər müzakirə edilib, yeni strateji konsepsiya hazırlamaq məqsədilə Avratlantik təhlükəsizliyi kontekstində NATO-nun yerini müəyyənləşdirmək üçün gələcək perspektivlər araşdırılıb. Bununla yanaşı, sammitdə NATO-nun Əfqanıstana dair strategiyasında irəliləyişlər, Kosovoda vəziyyət, Rusiya ilə münasibətlər, Fransanın quruma yenidən tamhüquqlu üzv qəbul olmaq istəyi, bunun NATO-Avropa İttifaqı münasibətlərinə təsiri müzakirə olunub.

Yubiley sammitinə hazırlıq sakit ötüşməyib. Belə ki, sammit ərəfəsində Strasburqda keçirilən nümayişlər zorakılıqla müşayiət olunub. Fransa polisi NATO-nun toplantısına etiraz edənlərin keçirdiyi nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Nümayişin gedişində təhlükəsizlik qüvvələri ilə müharibə əleyhdarları arasında toqquşmalar qeydə alınıb. Nəticədə 100-dən artıq etirazçının həbs edildiyi bildirilir. Ümumilikdə toqquşmalarda 2 minə qədər nümayişçi iştirak edib. Onlar Strasburqun mərkəzinə qədər irəliləsələr , aksiya polis qüvvələri tərəfindən dağıdılıb. Aprelin 4-də etiraz nümayişlərinin keçirilməsinə polis qüvvələri sonadək imkan verməyib.

Bütün bunlar NATO-nun yubiley sammitinin keçirilməsinə əngəl yaratmayıb. Təşkilatın 28 üzvünün dövlət hökumət başçıları bir araya gələrək qurum qarşısında duran məsələlər ətrafında fikir mübadiləsi, qarşılıqlı müzakirələr aparıblar. NATO qarşısında duran əsas məsələlərdən biri təşkilatın yeni baş katibinin seçilməsilə bağlı olub. Bu vəzifəyə əsas namizəd Danimarkanın Baş naziri Anders Foq Rasmussen olsa da, alyansa üzv olan 28 ölkənin başçıları onun namizədliyinə dair məsələdə yekdil fikrə gələ bilməyiblər. Rasmussenin namizədliyinə əsasən Türkiyə etiraz edib. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hələ sammitdən əvvəl NATO baş katibliyinə başqa bir şəxsin namizədliyinin irəli sürülməsini tələb edib. Bir namizəd məsələsinin əleyhinə çıxan Ərdoğan bir neçə namizədin irəli sürülməsinin daha ədalətli olduğunu vurğulayıb. Lakin sonda Türkiyə digər NATO üzvlərilə danışıqlar apararaq mövqeyindən geri çəkilməyə razılıq verib Danimarkanın Baş naziri Anders Foq Rasmussen NATO-nun yeni baş katibi seçilib. Rasmussen səlahiyyətlərinin icrasına cari il avqustun 1-dən başlayacaq.

Türkiyə mediası xəbər verir ki, Rasmussenin Baş katib seçilməsinə Ankara Barak Hüseyn Obamanın işə qarışmasından sonra razılıq verib. NATO-nun hazırkı Baş katibi Yaap de Hoop Sxefferin səlahiyyət müddəti isə cari il iyulun 31-də başa çatır.

Onu da qeyd edək ki, dünyanın ən güclü hərbi strukturu sayılan NATO ilə Azərbaycan arasında əlaqələr intensiv inkişaf edir.

Bunun başlıca səbəblərindən biri NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsidir. Təşkilatın baş katibi Yaap de Hoop Sxeffer bununla bağlı bildirib: "Ərazi bütövlüyü məsələsi çox ciddi məsələdir. NATO hər zaman ölkələrin ərazi bütövlüyünü dəstəkləyir".

Azərbaycanın ərazi bütövlüyü məsələsi NATO-nun zirvə sammitinin yekun bəyanatının 58-ci maddəsində öz əksini tapıb. Bəyanatda qeyd olunub ki, alyans Ermənistan, Azərbaycan, Gürcüstan Moldovanın ərazi bütövlüyünü, müstəqilliyini suverenliyini dəstəkləməkdə davam edir eyni zamanda, regional münaqişələrin sülh yolu ilə həllini dəstəkləməkdə davam edəcək: "Biz Cənubi Qafqaz Moldovada uzunmüddətli regional münaqişələrin hələ davam etməsindən narahatıq. Bu münaqişələrdə bütün tərəflər onun sülh yolu ilə həll olunmasına konstruktiv yanaşmalıdırlar. Biz münaqişə tərəflərini regional təhlükəsizlik sabitliyi pozan bütün addımlardan çəkinməyə çağırırıq".

Eyni zamanda, ATƏT-in regiondakı fəaliyyəti səyləri bizi sevindirir. Bu da öz növbəsində Qafqazda sabitlik əməkdaşlıq platforması ilə müvəffəqiyyətlə tamamlana bilər".

Təşkilat belə hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupu fəaliyyətini daha da gücləndirməlidir. NATO özünün bu münaqişənin çözümündə hələlik aparıcı rol oynamadığını bildirir. Bu məqama da toxunan Yaap de Hoop Sxeffer qeyd edir: "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində NATO-nun həlledici rol oynamamalı olduğunu hesab edirəm. Bu məsələ ilə bizim təşkilat məşğul olmur. Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu çərçivəsində həll olunur. Mən özüm xarici işlər naziri olanda ATƏT-ə sədrlik etdiyim dövrdə münaqişənin həlli ilə maraqlanmışam".

Azərbaycan 1994-cü ildən həyata keçirilən "Sülh naminə əməkdaşlıq" proqramı çərçivəsində NATO ilə ən fəal əlaqə yaradan ölkələrdən biridir. Həmin proqramın əsası ABŞ-ın sabiq Prezidenti Bill Klinton tərəfindən 1994-cü ilin yanvarında NATO-nun Brüsseldə keçirilən tarixi zirvə toplantısında qoyulub. Onun əsas funksiyası Şərq ölkələri ilə NATO arasında əməkdaşlığı möhkəmlətmək Qərb birliyinə yeni demokratik dövlətlər cəlb etməkdir. Proqramda iştirak edən ölkələr NATO digər Avratlantik strukturlara sürətlə inteqrasiya edir. Elə bunun nəticəsidir ki, 1994-2004-cü illərdə Şərqi Avropanın keçmiş sosialist dövlətlərinin, demək olar ki, hamısı Baltikyanı respublikalar NATO-nun bərabərhüquqlu üzvünə çevriliblər. 1994-cü il mayın 2-dən "Sülh naminə əməkdaşlıq" proqramı çərçivəsində Azərbaycan da NATO ilə sıx əməkdaşlıq edir bu proqrama əsasən silahlı qüvvələrimiz NATO standartlarına uyğunlaşdırılır. Artıq NATO rəsmiləri özləri dəfələrlə etiraf ediblər ki, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması çox yüksək səviyyədə gedir. Bununla yanaşı, Azərbaycan hərbçiləri digər müvafiq qurumların təmsilçiləri "Sülh naminə əməkdaşlıq" proqramına uyğun olaraq NATO-nun müxtəlif ölkələrdə keçirilən layihələr tədbirlərində fəal iştirak edirlər. Azərbaycan təmsilçiləri son 15 il ərzində NATO-nun zirvə toplantılarının işində yüksək səviyyədə təmsil olunurlar. Bütün bunlara görə NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Zbiqnev Rıbatski Azərbaycanın bu təşkilata inteqrasiyasının uğurla davam etdiyini bildirir. Həmçinin NATO təmsilçiləri özləri təşkilatın Azərbaycanla qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı tərəf kimi çıxış etdiyini bəyanlayıblar.

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-9 aprel.-S.2.