Azərbaycan ilə ABŞ arasında birgə maliyyələşdirmə üzrə anlaşma memorandumu imzalanmışdır

 

Maliyyə Nazirliyində Azərbaycan hökuməti Amerika Birləşmiş Ştatları arasında "Amerika Birləşmiş Ştatlarının hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında Azərbaycanda Seçilmiş Amerika Hökuməti Yardım Proqramlarının Birgə Maliyyələşdirilməsi üzrə Anlaşma Memorandumu" imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, ABŞ tərəfdən isə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə əlaqələndiricisi Skot Teylor imzalamışlar.

Memoranduma əsasən, 2009-2011-ci illər ərzində Azərbaycanda USAİD tərəfindən həyata keçiriləcək "Ticarət investisiya", " Xərclərin planlaşdırılması idarə olunması", "Özəl sektorun rəqabətliliyi" "Regional sosial iqtisadi inkişaf" proqramlarının birgə maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edilən proqramların ümumi büdcəsi 45 milyon ABŞ dollarıdır. Bu vəsaitin 24,3 milyon dollarını ABŞ hökuməti, 20,7 milyon dollarını isə Azərbaycan hökuməti ayıracaqdır.

ABŞ-ın Azərbaycandakı səfiri Ənn Dersi imzalanma mərasimində iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-9 aprel.-S.2.