Litvanın xarici işlər naziri Azərbaycan Diplomatik Akademiyasının tələbələri
ilə görüşmüşdür
Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Viqaudas Uşatskas aprelin 8-də Azərbaycan
Diplomatik Akademiyasının
tələbələri üçün
mühazirə oxumuşdur.
Nazir Azərbaycan ilə Litva arasında münasibətlərin inkişafından,
xarici siyasətin prioritetlərindən danışmışdır. V.Uşatskas bildirmişdir
ki, Azərbaycan Avropanın enerji təminatında bundan sonra da mühüm
rol oynaya bilər. Azərbaycanın potensialından hələ
də kifayət qədər istifadə olunmamışdır. Xəzər dənizi
də bu istiqamətdə bir növ Avropa ilə Azərbaycan arasında böyük bağlılıq yarada bilər.
"Şərq tərəfdaşlığı"
layihəsinə toxunan
Litvanın xarici işlər naziri Azərbaycanın Avropaya inteqrasiyası yolunda gördüyü işləri
xüsusi qeyd etmişdir. V.Uşatskas bildirmişdir ki,
Avropa ölkələri
ilə viza rejiminin sadələşdirilməsi
də mühüm məsələlərdən biridir.
Litva istər Avropa İttifaqı daxilində,
istərsə də ikitərəfli münasibətlərdə
Azərbaycana öz töhfəsini verir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
məsələsinin həllində
də Litva Azərbaycanın haqlı
mövqeyini, münaqişənin
sülh yolu ilə həllini dəstəkləyir.
Azərbaycan xarici işlər nazirinin müavini, akademiyanın rektoru Hafiz Paşayev Litvanın xarici işlər naziri V.Uşatskas haqqında tələbələrə
məlumat verərək,
onun diplomatik fəaliyyətindən danışmışdır.
AzərTAc
Azərbaycan.-2009.-9 aprel.-S.3.