"Uşaqların xilası" təşkilatının nümayəndələri Heydər Əliyev Fondunda olmuşlar

 

"Uşaqların xilası" təşkilatı dünyanın 40-dan çox ölkəsində ehtiyac içində yaşayan uşaqların həyatında uzunmüddətli müsbət dəyişikliklərə nail olmağa çalışan aparıcı beynəlxalq yardım inkişaf təşkilatıdır.

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm təhsil, səhiyyə mədəniyyət sahəsində genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

Təşkilatın nümayəndələri ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, dahi şəxsiyyət haqqında kitablarla tanış oldular.

Sonda təşkilatın nümayəndələri Xatirə kitabına ürək sözlərini yazdılar.

Xatırladaq ki, artıq 16 ildir ki, ölkəmizdə fəaliyyət göstərən "Uşaqların xilası" təşkilatı qaçqın-köçkün ailələrindən olan ehtiyac içində yaşayan uşaqların sosial həyat, səhiyyə, təhsil sahəsində ehtiyaclarının təmin edilməsi ilə bağlı tədbirlər həyata keçirir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-9 aprel.-S.3.