Azərbaycan geostrateji baxımdan Cənubi Qafqazda lider dövlətdir

 

Aprelin 7-də Fransa Beynəlxalq Münasibətlər İnstitutunda ölkəmizin müasir geostrategiyasına həsr olunmuş "dəyirmi masa"da qurumun icraçı direktoru Dominik David demişdir ki, Azərbaycan geostrateji baxımdan Cənubi Qafqazda lider dövlətdir.

Tədbiri açan D.David dünyanın qlobal enerji böhranı ilə qarşılaşdığı bir vaxtda "dəyirmi masa"nın keçirilməsinin əhəmiyyətini aktuallığını qeyd etmiş, geostrateji baxımından Cənubi Qafqazda qüdrətli lider dövlətə çevrilmiş Azərbaycanın neft qaz yataqları ilə zənginliyini diqqətə çatdırmış, bu təbii sərvətlərin Avropaya nəqlinin vacibliyini vurğulamışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev "Azərbaycanın müasir geostrategiyası: enerji təhlükəsizliyi xarici siyasətin praqmatizmi" mövzusunda məruzə etmişdir. O, ümummilli liderimiz Heydər Əliyevin müasir dövlət yaratmaqla bərabər, onun gələcək illərə hesablanmış strategiyası barədə söhbət açmış, son zamanlar Azərbaycanın artıq regional liderə beynəlxalq münasibətlərin etibarlı tərəfdaşına çevrildiyini diqqətə çatdırmışdir.

Hazırda ölkəmizdə həyata keçirilən siyasi iqtisadi islahatlara toxunan məruzəçi Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafında yeni mərhələnin başlandığını, yeni siyasətin, yeni strateji baxışın formalaşdığını qeyd etmişdir. Vurğulamışdır ki, Azərbaycan dövləti, eyni zamanda, iqtisadi yüksəlişlə yanaşı, açıq demokratik cəmiyyət qurulmasının da inkişaf prioritetini müəyyən etmişdir.

Müasir dövrdə modernləşmə xətti ölkəmizin strateji seçimidir. Bu seçimin əsas mahiyyətlərindən biri demokratik inkişafdır. Demokratiya hər bir xalqın öz inkişafını, strategiyasını yolunu müəyyən etməkdən ibarət olan suveren hüquqdur. Azərbaycan müstəqil dövlət olaraq, bu suveren hüquqdan demokratiyanı inkişaf etdirmək, müəyyən islahatlar həyata keçirmək üçün istifadə edir.

Azərbaycanın xarici siyasətindən bəhs edən E.Nuriyev ölkəmizin tarazlaşdırılmış, balanslaşdırılmış çoxşaxəli praqmatik xarici siyasət apardığını vurğulamışdır. O qeyd etmişdir ki, Azərbaycan istər qonşu, istərsə yaxın uzaq ölkələrlə dost strateji tərəfdaşlıq çərçivəsində münasibətlər qurur. Bu isə ölkəmizin strateji seçimidir. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin strategiyasında sağlam praqmatizm prinsipi formalaşmış bu prinsip daim rəhbər tutulur.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum kimi layihələrdən söhbət açmış məruzəçi bu kontekstdə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında öz strateji rolunu dərk etdiyini öz strateji yerini tapdığını, dünyanın siyasi məkanında çox ciddi geosiyasi aparıcı dövlət kimi qəbul edildiyini bildirmişdir. Azərbaycan özünün xarici siyasətində bir məqsədi əsas tutur: bölgədə sülh, əmin-amanlıq sabitlik bərpa olunsun.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Elxan Nuriyev bildirmişdir ki, bu məsələdə Azərbaycanın mövqeyi dəyişilməzdir. Azərbaycan milli suverenlik çərçivəsində öz ərazilərinin bərpa olunmasını, Ermənistanın işğal etdiyi torpaqları boşaltmasını tələb edir. Bundan sonra Dağlıq Qarabağın statusu barədə danışıqlar aparıla bilər. Amma bu halda da status qədər yüksək olsa da, ancaq ölkə daxilində ərazi bütövlüyü çərçivəsində verilə bilər.

Elxan Nuriyevin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Sonda E.Nuriyev sualları cavablandırmışdır.

E.Nuriyev səfər çərçivəsində Milli Assambleyanın Fransa-Azərbaycan Dostluq Qrupunun rəhbəri Jan-Lui Dümonla görüşmüşdür. Görüşdə E.Nuriyev son dövrlərdə ölkəmizdə gedən proseslər barədə məlumat vermiş, parlamentlərarası əlaqələrin inkişafı ətrafında fikir mübadiləsi aparılmışdır.

Fransa Beynəlxalq Münasibətlər Strateji Araşdırmalar İnstitutunun direktoru Paskal Bonifasla görüşdə tərəflər arasında əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi, elmi-tədqiqat xarakterli məsələlərin, regional əhəmiyyətli layihələrin birgə həyata keçirilməsi məsələləri müzakirə edilmişdir.

 

 

Əsgər Əliyev,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2009.-9 aprel.-S.3.